Icma.az
close
up
RU
Çingiz Qənizadə: İnsan alveri ilə mübarizədə əməkdaşlıq məsələsində müəyyən problemlər var

Çingiz Qənizadə: İnsan alveri ilə mübarizədə əməkdaşlıq məsələsində müəyyən problemlər var

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ötən il 206 insan alveri cinayəti qeydə alınıb.

Bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatında əksini tapıb.

206 insan alveri cinayətinin 78.1 faizi cinsi istismar (161), 21,4 faizi (44) insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər, 0.5 faizi (1) isə məcburi əmək halında həyata keçirilib.

Ötən il məhkəmə məsuliyyətinə 14 şəxs cəlb edilib.

Hesabatda qeyd olunub ki, 2005-2024-cü il aralığında 2.532 insan alveri cinayəti müəyyən olunub.

2005-2024-cü illərdə məsuliyyətə cəlb edilən 650 insan alverçisinin 522 nəfəri qadın, 98-i isə kişi olub.

Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.


Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Sherg.az-a bildirib ki,insan alverinə qarşı mübarizə haqqında qanun 2005-ci ildə qəbul olunub və sonra müxtəlif dövrlərdə ona əlavə dəyişikliklər edilib: 


“İnsan alveri dedikdə bəzən yalnız icinsi istismara məcbur etməyin nəzərdə tutulduğu düşünülür. Əslində bu belə deyil. Burada məcburi əmək və xidmətlərin göstərilməsi, köləlik, köləliyə bənzər adətlər, orqan və toxumlarının qanunsuz çıxarılması, biotibbi tədqiqatların icazəsiz aparılması, qadının suqorat ana kimi istifadə edilməsi, qanunsuz və cinayətkar fəaliyyətə cəlb olunma və digər istismar növləri daxildir. Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Daxili İşlər Orqanları nəzdində olan baş idarənin qaynar xətti var. Bu 152 saylı qaynar xəttdir. Özünü bu cinayətin qurbanı hesab edən hər bir şəxs və yaxud onun ailələri, yaxınları bu qaynar xətt vasitəsi ilə mübarizə baş idarəsinə zəng vuraraq baş verən cinayətlə bağlı məlumat verməyə borcludurlar. Yəni bu, həm dövlətə dəstək, həm də cinayət qurbanının aşkar edilməsi və onun həyatının, təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynanılan hallardan biridir. Yəni sual verirsiniz ki, hansı problemlər çətinliklər var? Əsasən insanların əməkdaşlıq etməsində müəyyən problemlər var. Bəziləri bunu bilir. Milli adət ənənələrə, dəyərlərə, əxlaqa zidd olduğu üçün açıqlamır. Bəziləri kimdənsə qorxur və bunun açıqlanmasından sonra həyatının təhlükədə olacağından el obadan çəkinir". 


Ekspert qeyd edib ki, Azərbaycan qanunlarına görə, bu cinayətin qurbanlarının adlarının məxfi saxlanması nəzərdə tutulur:

"Yəni məxfi saxlanılır və sığınacaqların və yardım mərkəzləri vasitəsilə bir müddət psixoloji və digər yardımlar göstərməklə, onları yenidən həyata qaytarmaq məqsədi güdür. Dövlətin nəzarətində olan, yardım mərkəzi və sığınacaqların  müəyyən xərcini dövlət öz üzərinə götürməklə bu cinayətin qurbanlarının yeni həyata qayıtması və onların məxfiliyinin qorunması üçün müəyyən şəraitlər yaradıb. Biz bu sığınacaqlara yardım mərkəzlərinə Daxili İşlər Nazirliyi xətti ilə baş çəkmişik. Orada çox gözəl şərait yaradılıb, psixoloqlar və həkimlər var.  Bu cinayətin həm qurbanları, həm də onun yaxınları, bəzən belə cinayətləri gizlətmək və qurbanları ictimailəşdirməməyə üstünlük verirlər. 206 qurbanların böyük əksəriyyəti Daxili İşlər Orqanları tərəfindən aşkar edilib. Bu mənada qurbanlarının üzə çıxarılması və cinayətkar dəstələrin zərərsizləşdirilməsi istiqamətində addımlar atılmasının bütün yükü Baş İdarənin üzərinə düşür. Bununla bağlı Milli Koordinator hər il parlamentə hesabat verir. Qeyd edim ki, bu qurum, birbaşa Daxili İşlər Nazirliyinə tabe olan qurumdur. Bu qurumun fəaliyyəti Azərbaycanda, normaldır və müraciət edən şəxslər də bu qurumun operativ və insani davranışından həmişə yüksək fikirlər bildiriblər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:367
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 May 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri