Icma.az
close
up
RU
“Çinin ən böyük təhlükəsi haradan gəlir?“ “The Washington Post“

“Çinin ən böyük təhlükəsi haradan gəlir?“ “The Washington Post“

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Demoqrafik böhran Pekinin supergüc iddialarını təhlükə altına qoyur..."

Dünya illərlə, xüsusilə də Donald Trampın iki nəhəng iqtisadiyyatı ayırmaq siyasəti fonunda hesab edib ki, Çinin əsas problemi ABŞ-la rəqabətdir.

Lakin Pekin üçün ən böyük təhlükə kənardan yox, elə öz daxilindən doğur: ölkə görünməmiş miqyasda demoqrafik tənəzzül yaşayır.

Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.

Əhali azalır, iqtisadiyyat qocalır

Artıq Çinin əhalisi tədricən yoxa çıxır. 1990-cı ildə orta yaş 23 idi, indi isə 39-dan yuxarıdır. O vaxt bir qadına təqribən 2,5 uşaq düşürdüsə, indi bu göstərici cəmi 1-dir. BMT-nin proqnozuna görə, 2100-cü ilə qədər Çin əhalisi yarıbayarı azalaraq 633 milyona enə bilər, bunun da yarıdan çoxu 60 yaşdan yuxarı olacaq.

Bu, yalnız sosial problem deyil, iqtisadi fəlakətdir. Mütəxəssislər xəbərdarlıq edir ki, işçi qüvvəsinin azalması Çin ÜDM-in illik artım tempini ən azı 0,5 faiz aşağı salacaq. Bu halda Pekinin ABŞ-la eyni səviyyədə qlobal supergüc olmaq iddiası sual altına düşür.

Daha təhlükəlisi isə budur: dünya iqtisadiyyatı artıq uzun illərdir "made in China" məhsullarına bağlıdır. Əgər Çinin fabrikləri işçi çatışmazlığı üzündən zəifləsə, "Barbie" oyuncağından tutmuş "iPhone"-a qədər hər şey bahalaşacaq.

"Bir uşaq siyasəti"nin gecikmiş bumeranqı

Bu böhranın kökləri 1970-ci illərdə Pekinin tətbiq etdiyi doğum nəzarəti siyasətinə gedib çıxır. 1979-cu ildən etibarən "bir ailə - bir uşaq" şüarı rəsmi qaydaya çevrilib. Bu qanunu pozanlara cərimələr, məcburi abortlar və sterilizasiya tətbiq olunub.

Nəticə gözləniləndən də sərt olub: 2015-ci ildə hökumət məhdudiyyəti yumşaltmağa məcbur olub, əvvəl iki, sonra üç uşağa icazə verib. Amma artıq gec idi - çinlilər daha çox uşaq istəmir. Bunun əsas səbəbi isə puldur: bir uşağı universitetə qədər böyütməyin orta xərci 75 min dollar, Şanxay kimi şəhərlərdə isə 140 min dollardır. Hökumət illik 500 dollarlıq uşaq subsidiyası təklif etsə də, sosial şəbəkələrdə buna yalnız istehza ilə cavab verilib:  "Ən azı onqat versələr, bəlkə düşünərik".

Gənclər evlənmir, yaşlılar çoxalır

Doğum azalmasının digər səbəbi nikah sayının kəskin enməsidir. 10 il əvvəl 13,5 milyon nikah bağlanırdısa, indi bu rəqəm 6 milyona düşüb. Z nəsli ailə həyatı qurmağa həvəs göstərmir. Eyni zamanda insanların ömrü uzanır - yaşlıların sayı kəskin artır və pensiya sistemi buna hazır deyil. Bir neçə onillikdən sonra Çində işləyənlərdən daha çox işləməyən olacaq.

Çinin "fabrik dövrü" başa çatır

İllərlə dünya istehsalının 30 faizini təmin edən Çin artıq bu tempdə davam edə bilmir. Səbəb təkcə azalan işçi qüvvəsi deyil, həm də yeni nəsilin fabrik həyatına nifrətidir. Nəzəri olaraq immiqrasiya bu problemi həll edə bilərdi, amma Çin hakimiyyəti ölkəni əcnəbilərə açmağa hazır deyil. Ümid isə robotlaşdırmaya bağlanıb, amma xidmət sektoru robotlarla dolmur. Ekspertlər xəbərdarlıq edir: əgər bu eniş çox sürətlə baş versə, dünya bazarı şok yaşayacaq, yeni istehsal gücləri yaranmağa macal tapmayacaq.

Trampın yeni gömrük zərbələri

Bütün bunlar fonunda ABŞ prezidenti Donald Tramp Çinə qarşı yeni 100 faizik rüsumlar elan edib. Pekin də cavabsız qalmayıb - nadir metalların ixracına məhdudiyyət qoymaqla Vaşinqtonu təzyiq altında saxlamağa çalışır. Çin ilk dəfədir ki, ABŞ-dan yox, öz doğma ərazisindən gələn təhlükə ilə üz-üzədir. Əhali azalır, gənclər övlad istəyindən imtina edir, istehsalçılar işçi tapa bilmir. Bu proses davam edərsə, təkcə Pekin yox,  bütün dünya bu sarsıntının təsirini hiss edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Oktyabr 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri