Icma.az
close
up
RU
Çinin telekommunikasiya texnologiyaları şirkətinin nümayəndələri ÇİRESə səfər edib

Çinin telekommunikasiya texnologiyaları şirkətinin nümayəndələri ÇİRESə səfər edib

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin Xalq Respublikasının “FiberHome International Technologies Co. Ltd.” şirkətinin vitse-prezidenti Jun Zhounun rəhbərlik etdiyi nümayəndə heyəti “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) səfər edib.

“AzerGold” QSC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə “FiberHome Telecommunication Technologies Co., Ltd.” şirkəti arasında əməkdaşlıq üzrə imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq holdinqin idarəetməsinə verilən şirkətlərdə rəqəmsal həllər və müasir texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi, istehsalatda mövcud texniki imkanların qiymətləndirilməsi məqsədilə təşkil edilən səfərdə qonaqlar “Çovdar” qızıl mədəni, ÇİRES-də infrastruktur obyektləri, o cümlədən yeni istifadəyə verilmiş Çəndə Qələviləşdirmə zavodu ilə tanış olub, istehsal prosesinin bütün mərhələlərini izləmək imkanı əldə ediblər.

Qonaqlara “AzerGold” QSC-nin mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında həyata keçirdiyi hasilat və istehsalat fəaliyyəti zamanı ətraf mühitin mühafizəsi, işçilərin sağlamlığı və təhlükəsiz əmək şəraitinin təmin olunması sahəsində gördüyü işlər barədə, həmçinin müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilmiş tədbirlərdən danışılıb. Məlumat verilib ki, ÇİRES-də yeni istifadəyə verilən Çəndə Qələviləşdirmə zavodu ən müasir texnologiyalarla təmin edilib, müəssisədə işçilərin sağlamlığı və əməyin təhlükəsizliyi üçün müasir idarəetmə sistemi qurulub.

Mədən və istehsalat sahəsi ilə tanışlıqdan sonra tərəflər arasında təşkil edilən görüşdə istehsalat sahəsində 5G şəbəkənin formalaşdırılması, avadanlıq, qurğu və sistemlərə IoT – “internet of things” (əşyaların interneti) həllərinin quraşdırılması, SƏTƏM üzrə Smart nəzarət və icra sistemlərinin təkmilləşdirilməsi, əməliyyat-nəzarət bloku və qeydiyyat cihazlarının inteqrasiyası imkanları müzakirə olunub, müəssisədə texniki qulluq üçün mövcud planlama, öncədən xəbərdarlıq sistemləri dəyərləndirilib.

Görüşün yekunu olaraq, Çin şirkəti tərəfindən səhmdar cəmiyyətinin texniki tələbləri və texnoloji ehtiyaclarına uyğun təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsinə, daha sonra konkret əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə qərar verilib.

Qeyd olunub ki, 1999-cu ildən fəaliyyət göstərən “FiberHome Telecommunication Technologies Co., Ltd.” şirkəti Çinin nəhəng telekommunikasiya texnologiyaları şirkətlərindən, habelə dünyanın ən böyük fiber-optik kabel istehsalçılarından biridir. Şirkət optik ötürmə sistemləri, IP şəbəkələri, məlumat mərkəzləri və müasir şəbəkə infrastrukturu həlləri kimi sahələrin daxil olduğu geniş məhsul portfelinə sahibdir və dünyanın 90-dan çox ölkəsində məhsul və xidmətlərin satışını həyata keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Noyabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri