Icma.az
close
up
RU
Çinin “Dongfang Electronics Corporation”ın şirkətinin nümayəndələri Füzuli və Hadruta səfər edib AZƏRTAC

Çinin “Dongfang Electronics Corporation”ın şirkətinin nümayəndələri Füzuli və Hadruta səfər edib AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Füzuli, 16 yanvar, AZƏRTAC

Çinin “Dongfang Electronics Corporation” şirkətinin nümayəndələri Bakıda keçirilən görüşlərindən sonra işğaldan azad olunmuş ərazilərə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərdə korporasiyanın baş direktor müavini Şitan Cao, Mərkəzi Asiya filialının direktoru Vei Liu, baş menecerin məsləhətçisi Dmitri Jarovski və digər rəsmi şəxslərdən ibarət 9 nəfərlik heyət və “Azərişıq” ASC-nin nümayəndələri iştirak ediblər.

Yanvarın 16-da Füzuli şəhərinə və Xocavənd rayonunun Hadrut qəsəbəsinə gələn qonaqlara dövlətimizin dəstəyi sayəsində qısa zaman ərzində aparılan yenidənqurma işləri barəsində ətraflı məlumat verilib. Səfər zamanı tərəflər arasında elektrik təsərrüfatının müasir standartlara uyğun qurulması və yeni əməkdaşlıqlar sahəsində təcrübə mübadiləsi aparılıb.

Nümayəndə heyəti yanvarın 17-də Şuşa şəhərinə səfər edəcək.

Qeyd edək ki, Bakıda keçirilmiş COP29 tədbiri çərçivəsində “Azərişıq” ASC Çin Xalq Respublikasının “DongFang Electronics” şirkəti ilə yeni qarşılıqlı əlaqələr və əməkdaşlıq məqsədli danışıqlar aparıb. Davam edən əməkdaşlıq çərçivəsində “Azərişıq” ASC-nin rəhbər heyəti 2024-cü il dekabrın 5-də Çinin Yantay şəhərində yerləşən “DonqFang Electronics” şirkətinin təqdim etdiyi innovativ texnologiyalar, məhsullar və beynəlxalq layihələr barədə məlumat əldə etmək məqsədilə görüş keçirib.

Xatırladaq ki, “DonqFang Electronics” şirkəti “Ağıllı Şəbəkə” sistemlərinin yaradılması və idarə edilməsi sahəsində böyük təcrübəyə malik olmaqla, bu yöndə bir çox ölkələrdə uğurlu layihələr həyata keçirib. Bundan başqa şirkət günəş panellərinin, enerji saxlama sistemlərinin və SCADA vasitəsilə idarəetmə həllərinin istehsalında ixtisaslaşıb. Bu sistemlərin tətbiqi ilə enerji istehlakında qənaət təmin olunur. Buna misal olaraq Ukraynada enerji saxlama deposu və Şandonq əyalətində 22 MVt gücündə günəş örtüyü panelləri layihələri uğurla reallaşdırılıb.

Səfər zamanı “DonqFang Electronics” şirkətinin istehsal müəssisələri ilə tanışlıq həyata keçirilib. Burada amorf nüvəli üçbucaq tipli transformatorlar, yüksək dəqiqlikli hesabat sayğacları və kameralı sayğac qutuları nümayiş olunub. Smart sayğaclar xüsusi diqqət çəkib, çünki onlar müasir rabitə protokolları (RS, GPRS, PLC) ilə təchiz olunub və qaz, su, elektrik enerjisi üçün birgə sayğac funksiyası təklif edir.

Əməkdaşlığın davamı olaraq “Dongfang Electronics Corporation”ın rəhbər heyəti Bakıya səfər edib. Yanvarın 13-19-nu əhatə edən səfər çərçivəsində korporasiyanın baş direktor müavini Şitan Cao, Mərkəzi Asiya filialının direktoru Vei Liu, baş menecerin məsləhətçisi Dmitri Jarovski və digər rəsmi şəxslərdən ibarət heyət “Azərişıq” ASC-nin rəhbər şəxsləri ilə görüş keçirib. Bu əməkdaşlıq tərəflər arasında innovativ yeniliklər və təcrübə mübadiləsi məqsədi daşıyıb.

“Dongfang Electronics Corporation”ın nümayəndə heyətinin səfəri yanvarın 19-da başa çatacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Yanvar 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri