Icma.az
close
up
RU
Çinlə vizasız gediş gəliş: Hər iki ölkə arasında iqtisadi irəliləyişə nail olacağıq

Çinlə vizasız gediş gəliş: Hər iki ölkə arasında iqtisadi irəliləyişə nail olacağıq

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişin imzalanması gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında bildirilib.

Bəs vizanın ləğvi ölkəmizə turizm sahsəində nə kimi yeniliklər gətirə bilər?

Mövzu ilə bağlı turizm eksperti Rəhman Quliyev Bakıvaxtı.az-a bildirib ki, bu gün Azərbaycan hüdudlarından kənara gedən turistlərin arasında təbii ki, iş adamları da yer tutur:

"Onlar da, təbii ki, turistlərin say tərkibinə daxildir. Xüsusilə vurğulamaq istəyirəm ki, Çinə səfər edən turistlərin böyük əksəriyyəti iş adamları, ticarətlə məşğul olanlardır. Çin dünyanın ən çox turist göndərən ölkələrindəndir. Viza ləğvi bu turistlərin Azərbaycanı daha rahat və spontan şəkildə seçməsinə şərait yaradacaq".

Onun sözlərinə görə, ölkə rəhbərliyinin bu yöndə apardığı uğurlu xarici siyasət Azərbaycan vətəndaşları üçün məqbul bir addımdır.

"Hər iki ölkə arasında iqtisadi irəliləyişə nail olacağıq. Turist axınının artması ilə otellər, restoranlar, nəqliyyat şirkətləri və bələdçilər üçün gəlirli imkanlar yaranacaq".

Müsahibimiz onu da qeyd edib ki, Çinə gedən ticarətçilər üçün bu, önəmli addımdır:

"Bu sahədə Çin yeniliklərini biz daha sürətlə görəcəyik. Çinin texnologiya sistemi danılmazdır və vizanın ləğvi bu texnologiyaya daha tez çatmağımıza imkan verəcək".

Rəhman Quliyev: Dövlətlərimiz üçün qarşılıqlı turist mübadiləsi uğur gətirəcək

R.Quliyev hesab edir ki, Çin ilə vizanın ləğv olunması yeni iş yerlərinin açılmasına da kömək edə bilər. Yeniliklərin olması yeni istehsal yerlərinin açılması deməkdir. Vizasız rejim mədəniyyətlərarası münasibətləri genişləndirəcək. Azərbaycan haqqında məlumatlılıq artacaq.

“Bir çox ölkələrə vizasız gediş haqqımız var və bu ölkələrin sayı da ildən-ilə artır. Bu da Azərbaycan pasportunun nə dərəcədə güclü olduğunun göstəricisidir. Hər iki dövlət üçün qarşılıqlı turist mübadiləsi uğur gətirəcək", - deyə Rəhman Quliyev vurğulayıb.

Nuriyyə Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Aprel 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri