Icma.az
close
up
RU
Çinli ekspertlər ABŞ ın İranla münaqişə başlatma ehtimalını dəyərləndirdilər

Çinli ekspertlər ABŞ ın İranla münaqişə başlatma ehtimalını dəyərləndirdilər

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çinli ekspertlər hesab edirlər ki, ABŞ İran üzərində təzyiqi artırır, lakin əslində Vaşinqton Tehranla uzunmüddətli hərbi münaqişəyə girməyə hazır deyil.

Bizimyol.info xəbər verir ki, "Global Times" qəzetinin verdiyi məlumata görə, Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin Yaxın Şərq Araşdırmaları İnstitutunun professoru Lü Çjunmin: "ABŞ, getdikcə daha aqressiv ritorikanı hərbi təzyiqin artması ilə birləşdirərək hibrid kampaniya aparır", - deyib.

Onun fikrincə, Vaşinqton "hələ də İran əleyhinə hansı addımları atacağını dəyərləndirir", lakin "Birləşmiş Ştatlar hələ də Yaxın Şərqdə uzunmüddətli münaqişəyə girmək istəmir". Professor: "Əgər Ağ Ev İranı hədəf alarsa, ABŞ-ın yəqin ki, məhdud, qısa müddətli və idarə olunan əməliyyatlar həyata keçirəcək, tammiqyaslı müharibə aparmaq istəməyəcək", - deyə vurğulayıb.

Fudançı Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Sun Deqan da bildirib ki, nəzəri cəhətdən ABŞ-ın İranla hərbi əməliyyatlara başlaması istisna edilə bilməz. Lakin ekspert əlavə edib ki, ABŞ hakimiyyətinin "böyükmiqyaslı zərbə endirmək üçün kifayət qədər əsasları, şəraiti və imkanları yoxdur".

Sun Deqan, əgər Vaşinqton güc istifadə etməyə qərar verərsə, bunun "məhdudlaşdırılmış cəzalandırıcı əməliyyat" olacağını və məqsədin "İranın ballistik raketləri buraxmaq üçün istifadə etdiyi məkanları, həmçinin pilotsuz uçuş aparatları istehsal edən zavodları hədəf alaraq, İsrail və ABŞ-ın Fars körfəzindəki hərbi bazalarına qarşı nəzərdə tutulan təhdidləri azaltmaq" olacağını qeyd edib. O, əlavə edib ki, aşırı aqressiv kampaniya isə əksinə, İranla uzun və yorucu müharibəyə səbəb ola bilər ki, ABŞ bu ssenaridən qaçmağa çalışır.

Əvvəlcə ABŞ Prezidenti Donald Tramp, İranla əməkdaşlıq edən bütün ölkələrə qarşı 25% gömrük rüsumu tətbiq etmişdi. Bu, İslam Respublikasında baş verən kütləvi etirazlar fonunda baş vermişdi. Etirazçılar məsuliyyəti ABŞ və İsrailə yükləyirdilər. Ağ Ev rəhbəri, Tehrana qarşı güc tətbiq etmə ehtimalını da istisna etməmişdi. Çin Xalq Respublikasının Xarici İşlər Naziri Van Yu isə bildirib ki, Pekin vəziyyətin sabitləşməsi üçün konstruktiv rol oynamağa hazırdır və Vaşinqtonun belə təhdidlərini qəbul edilən saymır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 Yanvar 2026 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri