Icma.az
close
up
RU
Çinlilər qərarlıdır: 17 min dollara avtomobil satışa çıxarılacaq FOTO

Çinlilər qərarlıdır: 17 min dollara avtomobil satışa çıxarılacaq FOTO

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniyanın Münhen şəhərində bu həftə keçirilən dünyanın ən böyük avtomobil sərgilərindən biri - IAA Mobility sərgisi Çinli elektrikli avtomobil istehsalçılarının güclü iştirakı ilə yadda qalıb.

Ölkə.Az xəbər verir ki, Avropa Birliyinin gömrük rüsumlarına və köklü Avropa avtomobil nəhənglərinə baxmayaraq, Çin istehsalçıları qlobal bazara açılmaq hədəflərini nümayiş etdirib.

Çinli istehsalçılardan Xpeng, Mona seriyası avtomobillərini cəmi 17 min dollara (təxminən 700 min TL) satışa çıxarmağa hazırlaşır. Şirkətin rəhbəri He Xiaopeng bildirib ki, Xpeng gözlənildiyindən daha sürətli böyüyür və 2025-ci ildən etibarən Mona seriyasını Avropa bazarında təqdim edəcək. Bu qiymət isə qitədə ciddi rəqabət yaradacaq.

Uzun müddətdir Tesla-nın liderliyi altında inkişaf edən Avropa elektrikli avtomobil bazarında Çin istehsalçıları aqressiv satış və böyümə planları ilə önə çıxır. Böyük stendlərlə iştirak edən Çin şirkətləri, Avropa Birliyinin gömrük vergilərinə baxmayaraq, diqqət mərkəzinə çevrilib.

Başqa bir Çinli istehsalçı - Guangzhou Automobile Group (GAC) da Avropa üçün hədəflərini açıqlayıb. GAC International prezidenti Wei Haigang bildirib ki, şirkət bu il Avropada təxminən 3 min avtomobil satmağı, 2027-ci ilə qədər isə bu rəqəmi 50 minin üzərinə çıxarmağı planlaşdırır.

GAC həmçinin Aion V və Aion UT modellərini də Avropa bazarına təqdim etməyi nəzərdə tutur.//Milli.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Sentyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri