Cinsi azlıq nümayəndəsinə qarşı dələduzluq edən şəxsə AĞIR CƏZA
Icma.az, Pravda.az saytına istinadən bildirir.
Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Nizam Bağırzadənin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 22 mart 2024-cü il tarixdə, saat 19:30 radələrində paytaxt ərazisində qeydə alınıb.
Belə ki, Nizam Bağırzadə tanış olduğu cinsi azlıq nümayəndəsi olan zərərçəkmiş M.M.-in (şərti) kirayə yaşadığı ünvana qonaq gedib. Sonra o, həmin şəxsə qarşı quldurluq edərək onun ümumilikdə 3267 manat əmlakını quldurluq yolu ilə ələ keçirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizam Bağırzadə 9 il müddətə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov


