Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Cinsi həvəsi artıran, keşişlərə qadağan edilən, sonsuzluğa qarşı xeyirli QULANÇAR

Cinsi həvəsi artıran, keşişlərə qadağan edilən, sonsuzluğa qarşı xeyirli QULANÇAR

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Qulançarın kökümsovu, kökləri, çiçəkləri, giləmeyvəsi və toxumu bir çox xəstəliklərin böyrək, ürək, vərəm, və s. müalicəsində geniş istifadə edilir, qandayandırıcı, sidikqovucu xüsusiyyətlərə malikdir.

Qidalılıq və dərman əhəmiyyətinə görə, topayarpaq Qulançar və ya Mərəçüyüd ən geniş istifadə olunan növdür. Bitki respublikamızda ən çox Naxçıvan MR-nın bütün rayonlarında, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında, Gəncə-Qazax, Lənkəran-Astara, Quba–Xaçmaz, Şəki-Zaqatala və s. bölgələrdə ən çox quru, daşlı-çınqıllı yamaclarda, qaratikan kollarının ətrafında bitir. Ağdam, Füzuli, Cəbrayıl və s. rayonlarda yerli əhali Mərəçüyüdü “ağıllı” və “dəli” Mərəçüyüd kimi tanıyır və onları asanlıqla bir-birindən fərqləndirirlər.

“Ağıllı” Mərəçüyüdün zoğları tünd qırmızımtıl, “dəli” Mərəçüyüdünkü isə açıq-yaşıl, solğun-yaşıl rənglidir. Amma uzunmüddətli tədqiqatlar göstərdi ki, bir çox rayonlarda “dəli” Mərəçüyüd də yeyilir. Bitkinin təzə, tər budaq və zoğlarından konserv məhsulları da hazırlanır. Bu bitkidən hazırlanan göy soğanla qulançar və ya mərəçüyüd salatı, pomidor və kələmlə çox dadlı və qidalıdır. Qidalılıq dərəcəsinə görə qulançar və ya mərəçüyüd bir sıra tərəvəz bitkilərini əvəz edir. Onun cavan zoğlarının tərkibində müxtəlif mineral maddələr (kalium, natrium, manqan), fosfor turşusu, 60-80% azot birləşməri vardır.

Təbabətdə

Hazırda dünya miqyasında Qulançar və ya Mərəçüyüddən fitoterapiya sahəsində bir çox xəstəliklərin müalicəsində uğurla istifadə olunur. Belə ki, bitkinin kökü, kökümsovu, təzə-tər zoğları, gövdəsi, iynə və ya sapşəkilli yarpaqları (kladodiləri) və toxumları müxtəlif xəstəliklərin müalicəsində — sidikqovucu, sidik kisəsinin ağrıları, qan təzyiqi, vərəm, ürək ağrıları, yel, şəkər, sonsuzluğa qarşı və s. istifadə olunur.

Vərəm xəstəliyi

Vərəm xəstəliyinə düçar olan xəstələr yemək rasionunda Qulançar bitkisi  və ya Mərəçüyüddən istifadə etsələr daha faydalı olar. Çin təbabatində bitkinin köklərinin dəmləməsindən sidikqovucu, orqanizmin tonusunun yaxşılaşdırılması, hərarətin salınması, qan dövranının tənzimlənməsi, yel, şəkər və vərəm xəstəliyinin müalicəsində istifadə olunur. Dərman Qulançar və ya Mərəçüyüdün qurudulmuş köklərindən 3 xörək qaşığı götürüb xırda-xırda doğrayır, ilıq suda yuyub təmizləyir və onun üzərinə 3 stəkan qaynar su əlavə edib vam odun üzərində 5-7 dəqiqə dəmləyərək onu süzüb təmiz şüşə qaba qoyurlar. Yeməkdən 15 dəqiqiə əvvəl səhər və axşam 1 xörək qaşığı qəbul edilir. Qəbul vaxtı 1 ay davam edir.

Böyrək xəstəlikləri

Böyrək orqanizmdə ən həssas orqan olub, hər insanın öz yumruğu boyda olmaqla, ümumi çəkinin 200 qramını təşkil edir. Tez xəstələnir və tez də müalicə oluna bilir. Hələ lap qədimdən bir çox ölkələrdə – Çində, Bolqarıstanda, Fransada Qulançar və ya Mərəçüyüdün tər zoğlarından, köklərindən böyrək xəstəliklərinin müalicəsində istifadə etmişlər. Azərbaycanın bir çox bölgələrində xalq arasında bitkidən bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur. Böyrəklərdə ağrılar, iltihabı proseslər, sancılar olarsa, Qulançar və ya Mərəçüyüdün qurumuş köklərindən 3 qr, gicitkan yarpağından 1 qr, əvəlik kökündən 1 qr, itburnu meyvələri və bağayarpağından hərəsindən 2 qr və qatırquyruğundan 5 qr götürüb qarışdırırlar. Qarışıqdan 1 xörək qaşığı 200 ml qaynar suya tökür və 30 dəqiqə dəmləyirlər. Sonra onu süzüb təmiz şüşə qaba tökürlər. Yeməkdən 10 dəqiqə əvvəl bir xörək qaşığı ilıq halda qəbul edilir. Qəbul müddəti 30 gündür. Yaxşı olar ki, bu müalicə payız və yaz aylarında qəbul aparılsın.

Sidikqovucu xüsusiyyəti

Bitkinin giləmeyvələri seçilir, yuyularaq toxumdan təmizlənir. Toxumlarından 30 ədəd götürüb həvəngdəstədə əzib toz halına salırlar. Əzilmiş tozdan və qatırquyruğundan hərəsindən 1 çay qaşığı götürüb 100 ml qaynar suya tökür və qarışdırıb vam odun üzərinə qoyurlar. Qaynamağa imkan vermədən 50 dəqiqə dəmləyirlər. Sonra süzüb təmiz şüşə qaba tökürlər. Səhər, axşam yeməkdən 30 dəqiqə qabaq 1 xörək qaşığı qəbul edilir. Giləmeyvələri də sidikqovucu xassəyə malikdir. 1 xörək qaşığı giləmeyvəsini 1 stəkan qaynar suda dəmləyib 50 qr içmək məsləhətdir.
Sidik kisəsi daşının tökülməsi

Qurudulmuş kökümsovların köklərini yuyub təmizləyir və xırda-xırda doğrayaraq qaynar suda yaxalayırlar, 100 qr. götürüb 200 qr. qaynar suda 30 dəqiqə dəmləyir və süzüb təmiz şüşə qaba yığırlar. Yeməkdən 30 dəqiqə qabaq ilıq halda səhər-axşam 50 qr. qəbul edirlər. Yaxşı olar ki, qəbuldan 1 gün sonra isti vanna qəbul edilsin. Vanna qəbul edərkən vannanın içində dizdən bükməklə qarına doğru 20 dəfə aram-aram dartmaq lazımdır. Sidiyə gedən zaman daşın düşməsini yoxlamaq üçün bankadan istifadə etmək məsləhətdir.

Şəkər xəstəliyinə qarşı

Bitkinin cavan zoğları yuyulub təmizlənir, xırda-xırda doğranır və ondan 3 çay qaşığı götürərək üzərinə 1 stəkan qaynar su əlavə edir, qarışdırılır, dəm almaq üçün ağzını nəlbəki ilə örtürlər. Yaxşı dəm almaq üçün stəkanı yun parçaya bükmək məsləhətdir. 2 saatdan sonra onu süzüb təmiz şüşə qaba tökür və ilıq halda səhər, axşam ac qarnına 1 xörək qaşığı qəbul edirlər. Təcrübələrlə sübut edilmişdir ki, bitkinin toxumu və giləmeyvələri də şəkər xəstəliyinin müalicəsində əhəmiyyətli kömək edir.

Qan təzyiqi xəstəliyinə qarşı

Qulançar və ya Mərəçüyüdün tərkibində asparaqin, koniferin qlikozidi, saponin, xelidon turşusu, karotin B və C vitaminləri vardır. Sınaqdan keçirilmiş təcrübələrin nəticələri göstərir ki, vena qan damarına asparagin və qulançar və ya mərəçüyüd cövhəri vurulduqda qan təzyiqini aşağı salır. Bitkinin kökündən, kökümsovundan götürüb yaxşı-yaxşı yuyub təmizləyir, xırda-xırda doğrayır, 3 çay qaşığı götürüb, 3 çay qaşığı cavan zoğları ilə birlikdə 2 stəkan qaynar suda 30 dəqiqə dəmləyirlər. Sonra onu süzür və təmiz yuyulmuş şüşə bankalara tökürlər. Səhər- axşam ac qarına 2 xörək qaşığı qəbul edilir.

Sonsuzluğa qarşı

Giləmeyvələr tam yetişən vaxt (payızda oktyabr-noyabrda) yuyulur və içərisindəki toxumları təmizləyərək sərib qurudurlar. Qurudulmuş toxumlar işığı keçirməyən tünd rəngli kimyəvi bankalara yığıb ağzını örtür və soyuducuda saxlayırlar. İlk yazda (qan qaynayan vaxt) 30 ədəd toxumu əzilərək un halına salınır. Əzintidən 2 xörək qaşığı götürüb 2 xörək qaşığı təmiz balla qarışdırılır. Səhər, günorta və axşam yeməkdən 20 dəqiqə qabaq 3 çay qaşığı qəbul edilir. Qəbul vaxtı 21 gündür. Qəbul zamanı içki içmək və siqaret çəkmək qadağandır. İlk yazda Qulançar və ya Mərəçüyüdün vegetasiyaya başlanması vaxtıdır. Bu vaxtlarda o 2, 3 və ya 4 illik zoğlar əmələ gətirir. O zoğları bişirib yemək sonsuzluğa qarşı çox xeyirlidir.

Yel xəstəliyi

Qurudulmuş kökümsovları, kökləri isti su ilə yuyub təmizləyir, sonra xırda-xırda doğrayıb 3 xörək qaşığı götürüb 200 qr. suda dəmləyirlər. Bu dəmləməni səhərlər yeməkdən 30 dəqiqə qabaq 1 xörək qaşığı qəbul edilir. Oynaqlarda (topuqda, dizdə) ağrılar baş verərsə qulançar  bitkisi və ya mərəçüyüdün qurudulmuş kökümsovlarından 5 xörək qaşığı götürüb xırda-xırda doğrayır, 1 stəkan qaynar suda dəmləyir və süzürlər. Həmin dəmdən 3 xörək qaşığı, meymun çörəyi meyvəsinin şirəsindən 1 xörək qaşığı, kəvər (yerqulağı) kökünün şirəsindən 1 çay qaşığı götürüb qarışdırırlar. Ağrı olan yerləri spirtli pambıqla yaxşı -yaxşı silir, sonra silinmiş yerə qatışıqdan azacıq yaxıb əlin içi ilə yaxşı-yaxşı ovurlar. Əməliyyat qurtardıqdan sonra həmin masaj edilmiş yeri yun əski və ya yun şərflə bağlayırlar. Sarğı 24 saatdan sonra açılır və yenisi ilə əvəz edilir. Müalicə 5-7 gün davam etdirilir.

Sonda qeyd edək ki, kəskin şəkildə ehtirası gücləndirdiyinə görə 19-cu əsrdə kilsədə çalışanlara qulançardan istifadə qadağan edilib.orqanik.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see477

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see377

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see338

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see292

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see289

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see284

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri