Icma.az
close
up
RU
Cinsi zəifliyi, qaraciyər xəstəlikləri, xərçəng yaradan məhsul. Hamımız onu yeyirik!

Cinsi zəifliyi, qaraciyər xəstəlikləri, xərçəng yaradan məhsul. Hamımız onu yeyirik!

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Açıqlamaları ilə mətbuatda böyük səs-küy yaradan məşhur professor və daxili xəstəliklər üzrə mütəxəssis Canan Karatay kişilərdə cinsəl həyata mənfi təsir edən amilləri açıqlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Canan Karatay trans yağların zərərlərindən danışıb:
"Qurdlu meyvələrə üstünlük verin, çünki digərlərinin üstü dərman və kimyəvi maddələrlə doludur, kənd təsərrüfatı dərmanları zəhərdir. Trans yağ sizi xərçəng edir. Kənd təsərrüfatı dərmanlarının xərçəngə səbəb olduğu dəfələrlə sübut olunub. Odur ki, əksini söyləyib etiraz etməsinlər".

Karatayın sözlərinə görə, əmizdirən anaların palma yağından istifadəsi uşaqda xərçəng riskini artırır. O, qeyd edib ki, palma yağındakı zərərli maddələr südlə uşağa keçə bilir: "Palma yağının ana südündən keçərək xərçəng yaratma riski yüksəkdir. Çünki trans yağlar orqanizmə daxil olduğu zaman sağlam yağların istifadəsini əngəlləyir. Əlbəttə ki, həmin uşaqların dərhal xərçəngə tutulduğunu iddia etmirəm. Amma böyüdükdən sonra uşaqlar cipsi və trans yağlarda bişən bu kimi zərərli məhsullar yeyir, nəticədə kökəlirlər. Palma yağı qara ciyəri yağlandırır, beyni pozur. Bütün xroniki, degenerativ xəstəliklərin: qaraciyər yağlanması, mədəaltı vəzi yağlanmasına gətirib çıxarır.

Palma ağacının meyvəsinin tumu və ya lət hissəsindən əldə edilən rəfinə edilmiş palma yağı işləndikdə trans yağa çevrilir. Trans yağlar kansoregendir, infarkt, alzeymer, şəkər və xərçəng kimi xəstəliklərə səbəb olur.

Palma yağı bütün kosmetik məhsullara: şampun və sabunlara qatılır. Bilərək və ya bilməyərək trans yağların bədənimizə təmas etməsi təhlükəlidir. Analar işlənmiş, qablaşdırılmış ərzaqlardan uzaq durmalıdır. Yenə təkrar edirəm ki, təbii soyuq sızma zeytun yağı çox faydalıdır. Zeytun yağı istifadə edən anaların uşaqları çox sağlam olur”.

Karatay sonda kişilərdə sonsuzluq problemlərinin səbəbləri haqqında danışıb: “Sadəcə qadınlar deyil, kişilər də qidalanmasına diqqət etməlidir. Trans yağlarda bişən yeməkləri yeyən kişilərdə hormonol tarazlıq pozulur, spermanın keyfiyyətinə mənfi istiqamət təsir edir, testosteronu aşağı salır, eyni zamanda həddən artıq estrogen hormonları ifraz olunur. Bu, isə köklüklə nəticələnir”.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri