Icma.az
close
up
RU
Çıxarışı olan mənzilinizə qeydiyyata düşməmisinizsə, satış zamanı vergi ödəyəcəksiniz İZAH

Çıxarışı olan mənzilinizə qeydiyyata düşməmisinizsə, satış zamanı vergi ödəyəcəksiniz İZAH

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əmlak eksperti Anar Nəsirov yeni tikili binalarda mənzil satışı zamanı 3 il müddətinə qeydiyyata düşmədikləri üçün mülkiyyətçilərin cərimə olunmaları barədə iddialara münasibət bildirib.

Ekspert Pravda.az-a açıqlamasında deyib ki, mülkiyyətçi satılan mənzildə qeydiyyatda deyilsə, mənzil satışı zamanı cərimə deyil, vergi ödəyir.

“Vətəndaşın cərimə olunması mümkün deyil. Yəqin ki, satış zamanı ödənilən vergi ilə cəriməni bir-birindən ayıra bilmirlər. Bir şəxsin bir neçə evi varsa, o, həmin evlərin birində qeydiyyatda ola bilər. Mülkiyyətçi eyni vaxtda bütün evlərdə qeydiyyata düşə bilməz. Azərbaycan qanunvericiliyinə əsasən, mənzildə qeydiyyatda olmusansa, mənzil sənin adınadırsa, həmin mənzilin satışı zamanı heç bir vergi tələb olunmur. İkinci və yaxud üçüncü mənzilin varsa, həmin məzillərdə qeydiyyatda deyilsənsə, satış zamanı 30 kvadrat-metr güzəşt olunmaqla, digər sahə üzrə əraziyə uyğun vergi müəyyən olunur. Əmlak üzrə verginin Bakı üzrə xəritəsinə əsasən, hər bölgənin öz vergisi var. Buna uyğun satış zamanı vergi tutulur. Eyni zamanda binada hamının "kupçası" (çıxarış) varsa, bir nəfərdə yoxdursa, bu, başqa məsələ. Faktiki çıxarış aldıqdan sonra sayğac işləməyə başlayır. Yəni mülkiyyətçi çıxarışı aldıqdan 3 il sonra vergi hesablanır. Vətəndaş lap 10 il həmin binada çıxarışsız yaşasa da, mənzildə qeydiyyatdadırsa, yenə də çıxarışdan 3 il sonra sayğac işə düşür. Əvvəlki qanunlarla vətəndaş çıxarışsız qeydiyyata düşə bilərdi, amma son dəyişikliklərdən sonra bu, mümkün deyil".

A.Nəsirov deyib ki, satış zamanı daşınmaz əmlakın bütün növlərindən vergi tələb olunur: "Bura torpaq, ev, qeyri-yaşayış sahələri də daxildir. Qeyri-yaşayış sahələrinin satışı zamanı isə güzəşt yoxdur. Yaşayış sahələrinə nisbətən qeyri-yaşayış sahələrinin vergisi daha yüksəkdir".

Aytəkin Qardaşova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://pravda.az
archiveBu xəbər 26 May 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see174

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see138

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see131

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see125

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see119

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see119

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see117

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see117

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see117

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see116

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

Ukrayna Prezidenti ABŞ ı Rusiyaya qarşı yeni sanksiya tətbiqinə çağırıb

28 May 2025 12:17see116

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see115

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see115

Çaki öldü

29 May 2025 00:07see115

Ətirşahdan Qurban bayramına özəl MÖHTƏŞƏM KAMPANİYA!

28 May 2025 12:49see114

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see114

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb

28 May 2025 14:27see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri