Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Təhsil sisteminə etimad zədələndi

Təhsil sisteminə etimad zədələndi

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Valideynlər hazırlıq üçün minlərlə manat xərclədi, imtahanlar ləğv olundu


“İctimai əsaslandırma olmadan verilən qərar – təhsil idarəçiliyində sui-istifadə riskini artırır”



2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilir. 

Ərizə qəbulu iyun ayının 5-dən başlayaraq 20-dək davam edəcək olsa da, əvvəlki illərdən fərqli olaraq, yalnız 6-cı sinif şagirdlərinin mərkəzləşdirilmiş imtahanda iştirak edə biləcəyi açıqlanıb. Bu qərar minlərlə valideyn, müəllim və şagird arasında təəccüb və narahatlıq yaratmaqla yanaşı, qəbul prosesindəki dəyişikliklərin səbəbləri barədə rəsmi izahatın olmaması suallar doğurur. Təhsil ictimaiyyəti və ailələr üçün bu yenilik əhəmiyyətli dönüş nöqtəsi kimi qiymətləndirilir.


ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov “Şərq”ə açıqlamasında bildirib ki, 2025-2026-cı tədris ili üçün lisey və gimnaziyalara qəbul qaydalarının qəfil dəyişdirilməsi və IV siniflər üzrə qəbulun tamamilə ləğv olunması təhsilin idarə olunmasında sistemsizlik, hüquqi ardıcıllıq pozuntusu və ictimai etimadın ciddi zədələnməsi ilə nəticələnib: 

“Hər il ölkə üzrə lisey və gimnaziyalara qəbul imtahanlarında minlərlə IV, V, VI və VII sinif şagirdi iştirak edir. Məsələn, təkcə ötən il 4 sinif üzrə imtahanlara ümumilikdə 25 mindən çox şagird müraciət etmişdi. Bu rəqəmin təxminən 10 mini IV sinif şagirdləri olub. Valideynlərin övladlarını bu imtahanlara hazırlaşdırmaq üçün ayırdığı resurslar – təqribən ayda 150-300 manat arası hazırlıq kursu, sınaq imtahanları, psixoloji dəstək xidmətləri və s. – illik hesabla minlərlə manat təşkil edir.

Elm və Təhsil Nazirliyinin heç bir hüquqi əsaslandırma təqdim etmədən yalnız VI siniflər üçün qəbul elan etməsi, digər siniflərin isə iştirak hüququnu susqun şəkildə aradan qaldırması Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində təsbit olunmuş hüquqi dövlət prinsipinə ziddir. “Təhsil haqqında” Qanunun 5.2-ci maddəsində göstərilir ki, təhsil sahəsində dövlət siyasəti “təhsilalanların və təhsilverənlərin qanuni mənafelərinin qorunması, onların hüquqlarının təmin edilməsi” prinsiplərinə əsaslanmalıdır. Qəfil qayda dəyişikliyi bu prinsipləri pozur. Həmçinin 13.1.1-ci maddəyə əsasən təhsilalanların hüquqlarına, təhsil forması və mərhələsini azad seçmək daxildir. Liseylərdə təhsil bir mərhələ olmaqla yanaşı, seçim azadlığının konkret nəticəsidir. Əgər bu mərhələ və seçim imkanları öncədən dəyişdirilirsə, bu barədə qanuni bildiriş və ictimai əsaslandırma təqdim edilməlidir.

Bu yanaşmanın mənfi tərəfi ilk növbədə təhsilin planlaşdırıla bilməyən və qeyri-sabit bir sahə kimi görünməsinə səbəb olur. Valideynlər, tədris müəssisələri, repetitorlar və uşaqlar arasında planlaşdırma prosesi pozulur. Onlar bir tədris ili boyu hazırlaşdıqları imtahanda iştirak imkanını son anda itirirlər. Bu, sadəcə maddi yox, həm də psixoloji zərbədir. Xüsusilə, 9-10 yaşlı uşaqlar üçün bu cür qəfil dəyişikliklər travma yarada bilər. Bu yaşda uşaqlar uğur və uğursuzluğu dərk etməyə başlayır, valideynlərinin onlara verdiyi vədləri ciddi qəbul edirlər. İndi isə onların əksəriyyəti sadəcə imtahana buraxılmamaqla nəticə deyil, şans belə qazanmadılar”.


K.Əsədov qeyd edib ki, əgər bu dəyişiklik pedaqoji əsaslarla həyata keçirilibsə, tədris proqramının yüklənməsinin qarşısını almaq və şagirdlərin erkən yaşda imtahan stresindən qorunmasını hədəfləyə bilər: 

“Lakin bunun üçün ictimai əsaslandırma, statistik göstəricilər və beynəlxalq müqayisələr təqdim edilməli idi. Məsələn, Finlandiya və İsveç kimi ölkələrdə uşaqlar 12-13 yaşdan əvvəl imtahan sisteminə cəlb edilmir. Onların təhsil sistemində ilkin mərhələdə uşağın maraqları, emosional sabitliyi və fərdi inkişafı ön planda tutulur. Lakin həmin ölkələrdə bu yanaşma qanunlarla və dövlət strategiyaları ilə dəstəklənir. Azərbaycanda isə sadəcə nəticə elan olunub – səbəb, əsas, izahat yoxdur.

Müqayisəli olaraq Gürcüstanda liseylərə qəbul sadələşdirilsə də, əvvəlcədən ictimaiyyət məlumatlandırılır, keçid dövrləri müəyyən olunur və valideynlərə alternativlər təqdim olunur. Qazaxıstanda isə pilot rejimdə liseylərdə erkən yaşda qəbulun effektivliyi qiymətləndirilir və nəticələrə uyğun tənzimləmələr edilir. Azərbaycanda isə qərar, faktiki olaraq, pilot analizsiz, statistik əsaslandırmasız, sosial nəticələr qiymətləndirilmədən tətbiq olunub.

Mövcud dəyişiklik nəticəsində təhsil sistemindəki etimad zədələnəcək, valideynlər dövlət imtahanlarına və təhsil idarəçiliyinə daha az güvənəcək, repetitorlara yönəlmə artacaq. Bəzi valideynlər bu qərardan sonra övladlarını özəl məktəblərə yönəltməyə başlayıb, çünki dövlət liseylərinə alternativ demək olar ki, qalmır. Həmçinin, mərkəzləşdirilmiş qəbul sisteminin ləngiməsi təhsildə keyfiyyətə yönəlmiş rəqabətə də zərbə vurur.

Qanunvericiliyə və idarəetmənin hüquqi mexanizmlərinə əsaslanan dəyişikliklər, yalnız normativ sənədlərlə təsdiq edildikdə və ictimaiyyətə əvvəlcədən açıqlanmaqla həyata keçirildikdə legitim sayılır. Əks halda bu cür dəyişikliklər təhsilin idarə olunmasında sui-istifadə və idarəetmədə özbaşınalıq kimi dəyərləndirilə bilər. İctimai məsuliyyət daşıyan bir nazirliyin bu cür mühüm qərarı ictimai rəyə və maraqlı tərəflərin iştirakına əsaslanmadan verməsi həm etik, həm də hüquqi baxımdan qəbuledilməzdir”.

Ekspert hesab edir ki, əgər məqsəd həqiqətən uşaqları erkən yaşda imtahan təzyiqindən qorumaqdırsa, bu məqsədə uyğun alternativ modellər təklif edilməli idi: məsələn, seçim müsahibə ilə aparıla bilərdi, yaxud məktəbdaxili qiymətləndirmə sisteminə keçid təklif edilə bilərdi: “Yaxşılaşdırma məqsədilə atılan hər bir addımın özü də şəffaf, hüquqi əsaslı və sosial nəticələri öyrənilmiş şəkildə olmalıdır. Elm və Təhsil Nazirliyi bu addımı yenidən nəzərdən keçirməli, valideyn və ictimaiyyət qarşısında izahat verməli, etimadın bərpası üçün konkret addımlar atmalıdır. Əks halda, təhsildəki strateji qərarlar qeyri-ciddilik, xaos və inamsızlıq mühiti yaradacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 May 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri