Məktəbəhazırlıq qruplarında oxuyan uşaqların sayı açıqlandı
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər başa çatır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Metbuat.az-a verilən məlumata görə, 2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 287 ümumi təhsil müəssisəsi üzrə 1 048 məktəbəhazırlıq qrupunda 22 min 781 uşaq məşğələyə cəlb olunub.
Məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd beş yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi" və "Fiziki mədəniyyət" dərs məşğələləri keçirilir.
Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür və məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 30 May 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















