Icma.az
close
up
RU
Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Ermənistan mediasının məlumatına görə, Fransa Zəngəzurda konsulluq açmağa hazırlaşır. Bildirilir ki, bu, əvvəlcə Rusiyanın planı olsa da, rəsmi Paris onu qabaqlayıb.

Sitat:

“2023-cü ildə Moskva Sünikdə belə bir addım atmaq istədiyini açıqladı. Lakin Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə buna mane oldu. Fransa isə sadəcə aylar əvvəl bu niyyətini bəyan etmişdi və yaxın günlərdə də həyata keçiriləcək. İyunun 2-də Gorusda Fransa-Ermənistan konfransı baş tutacaq. Elə konsulluğun açılışı da o tarixdə olacaq. Fransız dilli QHT sədrlərindən olan  Karmen Apunts da konsul təyin olunacaq. Fransanın buradakı yeni mərkəzə Qərb üçünhərbi və kəşfiyyat məqsədlərinə xidmət edəcək”.

Qeyd edək ki, İrəvanda səfərdə olan Fransanın xarici işlər naziri Jan-Noel Barro da Zəngəzurda konsulluq açılacağını bildirib.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Fransanın Ermənistanda, daha dəqiq desək, strateji və geosiyasi baxımdan xüsusi önəm daşıyan Zəngəzur bölgəsində konsulluq açmaq qərarı Cənubi Qafqazda gedən geosiyasi rəqabətin yeni təzahürüdür:

“Bu, sadəcə diplomatik akt deyil, həm də Qərbin, xüsusilə Fransanın regionda artan maraq və ambisiyalarının göstəricisidir. Gorus şəhərində iyunun 2-də planlaşdırılan Fransa-Ermənistan konfransı və konsulluğun açılışı, bu siyasi niyyətin rəsmi və simvolik ifadəsi hesab oluna bilər.

Zəngəzur Qafqazın geosiyasi xəritəsində unikal mövqeyə malik ərazidir və məlum olduğu kimi, Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin məhz bu ərazidən keçməsi planlaşdırılır. Dəhliz yalnız regional deyil, həm də Avrasiya miqyasında nəqliyyat-kommunikasiya xəritəsinin geniş transformasiyasına səbəb ola bilər. Bu mənada, Azərbaycanla yanaşı, istər Rusiya, istər Türkiyə, istər Çin, istərsə də Qərb üçün Zəngəzur xüsusi əhəmiyyət kəsb edir.

Fransa Zəngəzurda konsulluq açmaqla bölgədə real hərbi-siyasi və diplomatik təsir imkanlarını genişləndirmək istəyir. Bu, həm də Rusiyanın bölgədə azalan təsirini kompensasiya etmək niyyətində olan Qərb dairələrinin strateji cəbhələşməsi kimi oxuna bilər”.

Politoloq bildirib ki, Fransa açıq şəkildə Zəngəzur dəhlizinin açılmasına qarşı mövqedədir:

“Konsulluğun açılması bu bölgədə yeni reallıqların qarşısını almağa yönələn diplomatik və kəşfiyyat infrastrukturu yaratmaq niyyəti güdə bilər. Fransanın QHT rəhbəri Karmen Apuntsun konsul təyin olunması da bölgədə mülki sektor vasitəsilə yumşaq güc tətbiqinə cəhd kimi qəbul olunmalıdır.

2023-cü ildə Rusiyanın da Sünikdə konsulluq açmaq niyyəti Ermənistan rəhbərliyi tərəfindən qarşılıqlı manevrlərlə əngəllənmişdi. Bu, İrəvanın Moskva ilə strateji məsafə saxlamaq, əvəzində Qərbə daha çox açılmaq istəyi ilə izah edilə bilər. Ermənistan hakimiyyəti bu siyasətini Fransanın konsulluğu ilə praktiki müstəviyə keçirir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 May 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri