Icma.az
close
up
RU
Çiy yoxsa qovrulmuş keşyu daha faydalıdır? Alimlərdən vacib nüans

Çiy yoxsa qovrulmuş keşyu daha faydalıdır? Alimlərdən vacib nüans

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Keşyu ləpəsi sağlamlıq üçün olduqca faydalı bir qida sayılır. O, xüsusilə dəmir və selen mənbəyi kimi tanınır. Bir çox insan çiy keşyunun daha təbii və vitaminlərlə zəngin olduğunu düşünsə də, son tədqiqatlar bu mövzuda diqqətçəkən bir həqiqəti ortaya qoyub. Məlum olub ki, çiy keşyu daha çox qida maddəsinə sahib olsa da, orqanizm bu maddələri qovrulmuş keşyu qədər asan mənimsəyə bilmir.

Milli.Az xəbər verir ki, araşdırmalar göstərir ki, çiy keşyu dəmir və selen baxımından qovrulmuş versiyaya nisbətən bir az daha zəngindir. Məsələn, 28 qram çiy keşyuda təxminən 1,9 mq dəmir olduğu halda, qovrulmuş keşyuda bu miqdar 1,7 mq-a düşür. Selen miqdarında da bənzər fərq var: çiy keşyu günlük selen ehtiyacının 10 faizini, qovrulmuş keşyu isə təxminən 6 faizini qarşılayır. Lakin burada "anti-qida" adlanan mühüm bir faktor dövrəyə girir.

Çiy keşyunun tərkibində fitik turşusu adlı bir maddə var. Bu maddə elmdə "anti-qida" kimi tanınır, çünki o, bədənin dəmir və seleni mənimsəməsinə mane olur. Başqa sözlə, çiy keşyuda dəmir daha çox olsa da, fitik turşusu onun bağırsaqlardan qana keçməsini çətinləşdirir. Keşyu qovrulduqda isə istiliyin təsiri ilə fitik turşusunun miqdarı azalır. Bu da qovrulmuş keşyunun tərkibindəki mineralların orqanizm tərəfindən daha səmərəli şəkildə mənimsənilməsinə şərait yaradır.

Hər iki keşyu növü sağlamlıq üçün faydalıdır və seçimi əsasən şəxsi dad üstünlüklərinə görə etmək olar. Əgər məqsəd maksimum dərəcədə mineral mənimsəməkdirsə, qovrulmuş keşyu bir addım öndədir. Lakin hər iki halda keşyunun müntəzəm və ölçülü şəkildə istehlak edilməsi ürək sağlamlığı, beyin funksiyaları və stresslə mübarizə üçün əvəzsizdir.

Xatırladaq ki, mütəxəssislər müntəzəm qoz istehlakının stresslə mübarizədə effektiv olduğunu və zehni qabiliyyətləri gücləndirdiyini də elmi şəkildə sübut ediblər. Keşyu da daxil olmaqla bütün qoz-fındıq növləri ürək dostu yağlarla zəngindir.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Yanvar 2026 07:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri