Icma.az
close
up
RU
Ciyərləri ilə sevənlər ölkəsi Mərakeş

Ciyərləri ilə sevənlər ölkəsi Mərakeş

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elə xalqlar, toplumlar var ki, hər dəfə onların tarixi, mədəniyyəti, həyat tərzi barədə oxuyub-dinləməkdən yorulmursan, daha çox öyrənmək istəyirsən. Sanki, bu bilgilərlə həmin məmləkətlər bizə məsafəcə də yaxınlaşırlar. Belə sirli-soraqlı, cazibədar ölkələrdən biri də Şimali Afrikanın qərbində – ərəblərin dediyi kimi, məğribdə yerləşən Mərakeşdir. 

Bura əsl müsəlman ölkəsidir. Onu Avropadan bir neçə kilometrlik okean suları ayırsa da, burada insanların tərzi tamam başqadır. Yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır – Mərakeş sovet zamanında ölkəmizdə  dadlı naringisi ilə tanınırdı. Lakin bu ölkə çoxəsrlik ənənələrin, arxitektura şedevrlərinin və qeyri-adi təbiət mənzərələrinin də məskənidir.

Bəli, bu dəfə Mərakeşə səyahət edəcəyik. Bu, ərazicə kifayət qədər böyük ölkənin paytaxtı Rabat, ən iri şəhəri isə Kasablankadır. Ərəb və bərbər dilləri rəsmi dil hesab olunur. “Darija” adlanan ərəb dili ilə klassik ərəb dilləri arasında xeyli fərq var. Belə ki, “darija” gündəlik həyatda, klassik ərəb dili isə əsasən dini, siyasi, inzibati, hüquqi və mədəni sahələrdə, eləcə də mətbuatda geniş işlədilir. 

Mərakeşli xanımlar özəl geyim mədəniyyəti ilə fərqlənirlər. Onlar istər kənd yerlərində, istər böyük şəhərlərdə elə geyinirlər ki, bədənlərinin heç bir nahiyəsi hiss olunmur. Bu geyim üslubu  “ağayana geyim” adlanır. Mərakeşi ziyarət edən əcnəbi qızlar və xanımlara isə baş örtüklərindən istifadə etmələri tövsiyə olunur.  

Mərakeşlilər çox nəzakətli insanlardır və onlar sizinlə, ailənizlə maraqlanmağı özlərinə borc bilirlər. Bu davranış, ilk baxışda, yorucu görünsə də, sadəcə, səbrli olmaq lazımdır. Axı yerli sakinlər sizinlə adicə söhbət edəndə belə çox mehribanlıq göstərir, bu zaman qonağa həvəslə məsləhətlər də verirlər. 

Elə bilirsiniz ki, Mərakeşdə qar olmur?! Olur! Qışda bu Afrika ölkəsində xizək sürmək, hətta qardan “adam” düzəltmək də mümkündür. Paytaxtdan cəmi 75 kilometr aralıda olan Atlas dağlarında komfortlu xizək kurortu – Ukaymeden yerləşir. Burada dekabrdan aprelin əvvəlinə qədər qar yağır, ətraf dümağ örpəyə bürünür. 

Yeri gəlmişkən, Atlas dağlarının ətəyində qırmızı-qəhvəyi rəngdə nadir “marokko” ağacı bitir. Bu bahalı ağacdan “Rolls-Royce”, “Mercedes”, BMW kimi avtomobillərin salonlarıının tərtibatında istifadə edirlər.Mərakeş dünya kinematoqrafçılarının ən sevimli məkanlarındandır. 1960-cı illərdən başlayaraq, burada hər il yüzlərlə film çəkilib. 1983-cü ildə isə Mərakeşdə dünyanın ən böyük kinostudiyalarından olan “Atlas” yaradılıb. “Qladiator”, “İsgəndər”, “007: Spektr” serialları və digər populyar ekran əsərləri məhz buradakı pavilyonlarda ərsəyə gəlib. 

Mərakeş gəncləri sevdiyi qızlara “Mən sənə ürəyimi verərəm” demirlər. Onlarda sevgi rəmzi bizim öyrəşdiyimiz kimi ürək yox, qaraciyər sayılır. Ehtimal edilir ki, sağlam qaraciyər insan sağlamlığı üçün mühüm rol oynayır. “Siz mənim qaraciyərimi fəth etdiniz” ifadəsi sevgi etirafı sayılır.

Mərakeşlilər mavi rəngi çox sevirlər. Ölkədə hətta tam mavi rəngə boyanmış bir şəhər də var. Adı Çefçauendir. Şəhərin qapı-pəncərələri, pilləkənləri, divarları, hətta yeri belə mavidir. Bu yaşayış məntəqəsini orta əsrlərdə Avropada inkvizisiyadan canlarını qurtarıb qaçan yəhudilər salıblar. Hazırda Musa peyğəmbərin dinindən olanların sayı şəhərdə xeyli azalsa da, burada mavi rəngin üstünlüyü davam edir. 

Mərakeş turistlərin sevə-sevə ziyarət etdikləri məmləkətlərdəndir. Son illər burada bir-birindən yaraşıqlı, gözoxşayan məscidlər ucaldılıb. Məsələn, Kasablankadakı II Həsən Məscidi gözəl bir memarlıq nümunəsi olaraq, bütün dünyada məşhurdur. XVI əsrə aid olan məscid “İslam muzeyi” də adlanır. Məbəd hər zaman ziyarətçilərin üzünə açıqdır. 

Sonda qeyd edək ki, Azərbaycan və Mərakeş bir-birilə dost ölkələrdir. Dövlətlərimiz arasında səfirliklər səviyyəsində diplomatik əlaqələr qurulub. Azərbaycanla Mərakeş arasında bütün səviyyələrdə əlaqələr genişlənir. Mərakeşlilər də xalqımızın tarixinə, mədəniyyətinə dərin maraq göstərirlər. Nə yaxşı ki, heç bir ­məmləkətə bənzəməyən Mərakeş bizə dost olan dövlətdir. 

Məsaim ABDULLAYEV,
Fidan SALMANOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2025 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see630

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see523

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see382

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see259

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see257

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see255

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see254

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see246

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see238

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see232

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see230

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see229

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see228

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see224

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see213

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see201

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see197

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see194

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see189

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri