Çiyinlə vurduğu qol Levandovskiyə tarixi uğur gətirdi VİDEO
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Robert Levandovski Madridin “Atletiko” klubu üzərində qazanılan qələbədə fərqlənərək mühüm rekorda imza atıb. Polşalı forvard La Liqadakı üç oyunluq qolsuz seriyasını qırmaqla yanaşı, klubun tarixinə adını yazdırıb.
İdman.Biz “Bein Sports” nəşrinə istinadla xəbər verir ki, bu qol sayəsində Levandovski “Barselona” forması ilə vurduğu qolların sayını 117-yə çatdırıb. O, bu göstərici ilə klubun əfsanəvi simalarından biri, bütün zamanların ən məhsuldar oyunçuları siyahısında 14-cü yerdə qərarlaşan Xristo Stoiçkovla bərabərləşib. Maraqlıdır ki, polşalı futbolçu bu rəqəmə cəmi 185 matçda nail olduğu halda, bolqarıstanlı ulduza 255 oyun lazım gəlib.
Levandovskinin növbəti hədəfi artıq bəllidir: 120 qolu olan Xosep Eskola. Onu geridə qoyacağı təqdirdə hücumçu klubun “Top-10” bombardiri siyahısına daxil olacaq. Əgər o, bu məhsuldarlığı qoruyub saxlasa, hər birinin aktivində 130 qol olan Rivaldo və Samuel Eto’o kimi adları da keçə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 05 Aprel 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















