ÇL in oyununda məşhur futbolçunun halı pisləşdi Video
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Almaniyanın “Borussiya Dortmund” klubunun futbolçusu Konstantinos Karetsas səhhətində yaranan problem səbəbindən xəstəxanaya aparılıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Çempionlar Liqasının Liqa mərhələsinin I turunda “Vilyarreal”la oyunda ( 3:2) baş verib.
Qarşılaşmanın 24-cü dəqiqəsində Karetsas özünü pis hiss edərək meydanda oturub. Həkimlər 18 yaşlı yunan futbolçuya bir neçə dəqiqə tibbi yardım göstərdikdən sonra onu xərəkdə meydandan çıxarıblar. Karetsası İtan Nvaneri əvəzləyib.
“Borussiya”nın idman direktoru Lars Rikken bildirib ki, futbolçu qan dövranı ilə bağlı problem səbəbindən başgicəllənmə yaşayıb:
“Bundan əvvəl belə bir əlamət müşahidə olunmayıb. O, əlavə müayinədən keçmək üçün xəstəxanaya yollanıb. Hazırda hər hansı ehtimal irəli sürmək məsuliyyətsizlik olardı”.
Qeyd edək ki, Karetsas 2026-cı ilin yayında 30 milyon avro qarşılığında Belçikanın “Genk” klubundan “Borussiya Dortmund”a transfer olunub. O, Dortmund təmsilçisinin heyətində 5 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlavə edək ki, "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində oktyabrın 20-də Bakıda Almaniyanın "Borussiya Dortmund" klubunu qəbul edəcək, dekabrın 8-də isə İspaniyada "Vilyarreal"la qarşılaşacaq.
Baxış sayı:144
Bu xəbər 09 Sentyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















