ÇL: Liqa mərhələsinin 32 iştirakçısı
Icma.az bildirir, Qol.az portalına istinadən.
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin 3 cavab oyunu keçirilib və nəticədə turnirin Liqa mərhələsinə vəsiqə qazanan daha 3 komandanın adına aydınlıq gəlib.
QOL.az xəbər verir ki, bunlar Azərbaycanın "Sabah", Avstriyanın LASK və Norveçin “Budo-Qlimt” klublarıdır. Beləliklə, artıq ÇL-in Liqa mərhələsinin 32 iştirakçısı məlum olub. Son 4 komanda isə bu axşam keçiriləcək cavab görüşlərindən sonra müəyyənləşəcək.
Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan 32 komanda aşağıdakılardır:
“Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “Aston Villa”, “Liverpul” (hamısı İngiltərə), “Barselona”, “Real”, “Vilyarreal”, “Atletiko”, “Betis” (hamısı İspaniya), “İnter”, “Napoli”, “Roma”, “Komo” (hamısı İtaliya), “Bavariya”, “Borussiya” Dortmund, “Leyptsiq”, “Ştutqart” (hamısı Almaniya), PSJ, “Lans”, “Lill” (hamısı Fransa), PSV, “Feyenoord” (hər ikisi Niderland), “Portu”, “Sportinq” (hər ikisi Portuqaliya), “Brügge” (Belçika), “Slaviya” (Çexiya), “Qalatasaray” (Türkiyə), “Şaxtyor” (Ukrayna), “Budo-Qlimt” (Norveç), “Sabah” (Azərbaycan), LASK (Avstriya).
Qeyd edək ki, Liqa mərhələsinin püşkatma mərasimi avqustun 27-də Monakoda olacaq və Bakı vaxtı ilə isə saat 20:00-da başlayacaq. Reqlamentə əsasən, hər iştirakçı komanda üçün 8 fərqi rəqib müəyyənləşdiriləcək. Komandalar 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək. İlk tur 8-10 sentyabrda olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 26 Avqust 2026 02:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















