ÇL: Qarabağ ın oyununa 30 minə yaxın bilet satılıb
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) oyununa satılan bilet sayı açıqlanıb.
Globalinfo.az bildirir ki, Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin “Report”a verdiyi məlumata görə, qarşılaşmaya 30 minə yaxın bilet satılıb.
Yaxın müddət ərzində biletlərin tükənməsi istisna edilmir.
Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.
Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda “köhlən atlar” qələbə qazanıb – 3:1.
Baxış sayı:48
Bu xəbər 23 Avqust 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















