Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

CNN cavab verəcək!

CNN cavab verəcək!

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Təxribatçı yalanlar yayan media orqanına qarşı iddia qaldırılıb

Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik artıq yalnız ayrı-ayrı dövlətlərin milli sərhədləri daxilində həll olunan məsələ deyil. Regional münaqişələr, enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyi, terrorizm, hibrid təhdidlər və informasiya müharibələri bir-biri ilə sıx bağlıdır. Belə bir mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın həyata keçirdiyi siyasət ölkənin yalnız milli maraqlarının qorunmasına deyil, daha geniş coğrafiyada sabitlik və təhlükəsizliyin təmininə yönəlir.

Bakı Cənubi Qafqazla məhdudlaşmayan, Yaxın Şərqdən Mərkəzi Asiyaya qədər uzanan geosiyasi proseslərdə sülh və əməkdaşlıq tərəfdarı kimi çıxış edir. Azərbaycanın mövqeyinin əsas prinsiplərindən biri isə olduqca aydındır: ölkə ərazisi heç bir dövlətə qarşı hərbi, kəşfiyyat və digər düşmənçilik məqsədləri üçün istifadə edilə bilməz. Azərbaycan müxtəlif böhranlar zamanı tərəf olmaqdan daha çox dialoq və barışdırıcı mövqeni önə çəkir.

Məhz bu yanaşma fonunda Azərbaycanın ünvanına yönələn bəzi təxribatçı  iddialar xüsusi diqqət çəkir. Xüsusilə CNN-in 5 iyun 2026-cı il tarixli materialında Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi barədə iddialar irəli sürülməsi Bakının sərt etirazına səbəb olmuşdu. Azərbaycan Xarici İşlər Nazirliyi həmin məlumatları əsassız adlandırmış və CNN-ə məqalə ilə bağlı rəsmi mövqenin təqdim edildiyi bildirilmişdi.

Azərbaycan məhkəməyə müraciət edib

Artıq Azərbaycan CNN-i məhkəməyə verib. Məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsidir. Vurğulandığı kimi, 2026-cı il iyunun 5-də CNN-in dərc etdiyi məqalədə Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edildiyi barədə bir sıra təxribat xarakterli iddialar yer alıb. Məqalədə iddia olunur ki, guya İsrail xüsusi təyinatlıları Azərbaycanın cənubunda, İran sərhədinə yaxın bir neçə ərazidə fəaliyyət göstərir, həmin məntəqələrdən kəşfiyyat və pilotsuz uçuş aparatları əməliyyatlarını həyata keçirir, guya İsrail Azərbaycanda dinləmə cihazları və digər kəşfiyyat avadanlıqlarını əvvəlcədən yerləşdirib və bunun İrana qarşı sonrakı əməliyyatlara hazırlıq məqsədi daşıyıb.

Qeyd edək ki, CNN materialın dərcindən əvvəl Azərbaycan tərəfinin mövqeyindən xəbərdar olub. Belə ki, CNN-in sorğusuna cavab olaraq, Azərbaycan tərəfi bu iddiaları əvvəlcədən rəsmən təkzib edib və Azərbaycan ərazisinin hər hansı üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmədiyini bildirib.

Amma belə bir cavaba baxmayaraq, materialda Azərbaycanın təqdim etdiyi mövqe adekvat şəkildə əks etdirilməyib, əsas iddialar isə anonim mənbələrə istinadla təqdim olunub. Azərbaycan ərazisinin xarici qüvvələr tərəfindən qonşu və üçüncü ölkələrə qarşı istifadəyə imkan verilmədiyi barədə dəfələrlə verilmiş bəyanatlara baxmayaraq, CNN-də saxta iddialarla dolu məqalənin qəsdən dərc edilməsi Azərbaycanın haqlı narazılığına səbəb olub.

Material dərc edildikdən sonra Azərbaycan tərəfi CNN-dən sözügedən iddiaların təkzib edilməsini və materiala düzəliş verilməsini rəsmən tələb edib. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən də müvafiq açıqlama verilib. İyunun 6-da, 23-də və iyulun 2-də Azərbaycan tərəfi CNN-ə rəsmi təkrar məktublar göndərərək materialda yer alan iddiaların təkzib edilməsini və düzəlişlərin aparılmasını tələb edib.

CNN Azərbaycanın haqlı tələblərini araşdırmağa söz versə də, bu müddət ərzində heç bir əməli tədbir görməyib və irəli sürdüyü saxta iddiaları təkzib etməyib. Belə olan təqdirdə Azərbaycan CNN-ə qarşı ABŞ-ın Delaver ştatı üzrə federal məhkəməsində (media qurumunun rəsmi təsis edildiyi ştatda) iddia qaldırıb və iddia tələbi 17 avqust 2026-cı il tarixində rəsmən məhkəməyə təqdim edilib. Qeyd edək ki, CNN materialının müəlliflərindən biri olan Tim Listerin əvvəlki materiallarında da Azərbaycanla bağlı birtərəfli yanaşma müşahidə edildiyi məlumdur. O, 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri zamanı da dərc etdiyi məqalələrdə Azərbaycana qarşı qərəzli iddialar yayımlayıb.

Anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi...

Bəli, göründüyü kimi Azərbaycanın qlobal təhlükəsizliyin təminində oynadığı aktiv rol bəzi mərkəzlərin planları ilə üst-üstə düşmür. İllərlə bölgə ilə bağlı fərqli planlar hazırlayan, regionda fərqli münaqişələr yaratmağa çalışan həmin mərkəzlər yeni yaranan situasiya qarşısında narahatlıq keçirirlər. Nəticə etibarı ilə isə, fərqli dezinformasiyalar, yalanlar və əsassız iddialarla bölgədə diskomfort yaratmağa çalışırlar.

Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə olunması barədə iddiaların heç bir əsası yoxdur. Ölkəmiz bu kimi fəaliyyətlərə heç vaxt icazə verməyib və verməyəcək.

Bu fakt, həm də Azərbaycana qarşı növbəti informasiya təxribatıdır. Azərbaycan son illərdə mühüm qlobal tədbirlərə ev sahibliyi etməklə beynəlxalq aləmin diqqətini cəlb edir - rəsmi Bakı bir çox sosial, eləcə də ekoloji problemləri, qlobal şəhərsalma kimi məsələlərin həlli ilə bağlı müzakirələr təşkil edir, çıxış yollarının tapılması, bu sahələrlə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı addımlar atır. Nəticə etibarı ilə Bakı özünü qlobal aktor kimi təsdiqləyir. Bu isə, anti-Azərbaycan mərkəzləri narahat edir - Azərbaycanın qlobal miqyasda şöhrətinin artması, nüfuzunun, imicinin daha da möhkəmlənməsi, eləcə də regional liderliyinin qəbul olunması yeni nizamda ölkəmizin mövqelərini daha da möhkəmləndirir. Bu mənada, əl atılan təxribat ölkəmizin yeni dövrdə əldə etdiyi nailiyyətlərə qarşı qısqanclıqlardan yaranır.

Paralel olaraq bu yalanlar Yaxın Şərqdə sülh prosesinə, habelə Azərbaycanın milli maraqlarına və beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə formalaşdırılan dezinformasiya kampaniyasının bir hissəsidir. Təsadüfi deyildi ki, adıçəkilən məqalə paylaşıldıqdan dərhal sonra “fürsətçi amplifikasiya” taktikası və prosesi nəticəsində bu anti-Azərbaycan narrativ dünya üzrə əksər nüfuzlu media orqanlarında, habelə “X”, “Threads”, “Facebook” və “Telegram” kimi sosial media platformalarında sürətlə yayılaraq kampaniya halını aldı. Məqalə müəlliflərinin sonda daim Azərbaycanın əleyhinə olan mövqeyi ilə seçilən və vaxtilə “Soros Fondu”nun maliyyələşdirdiyi media layihələrində fəaliyyət göstərən şəxsə müraciət etməsi isə məsələnin haradan qaynaqlandığını ehtimal etməyə əsas verir. Azərbaycan isə hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. İnanırıq ki, məhkəmə bu məsələ ilə bağlı ədalətli mövqe tutacaq...

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Avqust 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see461

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see334

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see322

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see307

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see306

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see302

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see277

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see263

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see261

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see240

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see233

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see224

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see223

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see221

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see212

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see209

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see206

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see205

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see201

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri