Icma.az
close
up
RU
CNN ə yalan məlumat ötürünlərin məqsədi: Azərbaycanı qarşıdurmaya çəkmək olub

CNN ə yalan məlumat ötürünlərin məqsədi: Azərbaycanı qarşıdurmaya çəkmək olub

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, Azərbaycan ABŞ-nin CNN telekanalına qarşı Delaver ştatının federal məhkəməsində iddia qaldırıb. 

Buna səbəb CNN-in iyunun 5-də Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarında istifadə edilməsi ilə bağlı əsassız və təxribat xarakterli iddialar dərc etməsidir. 

Azərbaycan tərəfi materialın yayımlanmasından əvvəl bu iddiaları rəsmən təkzib edərək ərazisinin heç bir üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmədiyini bildirsə də, CNN sözügedən məlumatları anonim mənbələrə istinadla yayımlayıb. 

Qeyd edək ki, dəfələrlə açıq şəkildə “Azərbaycan ərazisindən üçüncü ölkələrin İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadəsinə yol verilməyəcək” bəyanatının verilməsinə baxmayaraq, bu cür iddiaların məqsədli şəkildə gündəmə gətirilməsi təkcə ölkənin beynəlxalq imicinə zərər vurmaq cəhdi deyil, eyni zamanda Azərbaycan-İran münasibətlərində gərginlik yaratmaq və Azərbaycanı İranla bağlı regional proseslərə cəlb etmək məqsədi daşıya bilər. 

“Cebheinfo.az”-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, CNN-ə həmin saxta məlumatı göndərənlərin əsas məqsədi Azərbaycan-İran münasibətlərini gərginləşdirmək olub. 

O qeyd edib ki, çünki söhbət açıq şəkildə saxta xəbərin yayılmasından gedir: 

“Azərbaycan rəsmiləri dəfələrlə vurğulayıblar ki, heç bir halda üçüncü ölkənin Azərbaycan ərazisindən qonşu dövlətlərə qarşı istifadəsinə icazə verilməyəcək. 

Bəli, Azərbaycanın ABŞ və İsraillə sıx münasibətləri var və bu iki dövlət İranla müharibə vəziyyətindədir. Lakin bu, həmin dövlətlərin Azərbaycan ərazisindən İrana qarşı istifadə edə biləcəyi anlamına gəlmir”. 

Politoloq əlavə edib ki, CNN-in yaydığı məlumat İranın mühafizəkar dairələrinə anti-Azərbaycan açıqlamaları üçün fürsət verdi: 

“Azərbaycanın bu məsələdə rəsmi və açıq mövqeyi var. Bu xəbərin yayılması həm də İranın mühafizəkar dairələrinin əlinə Azərbaycana qarşı müxtəlif açıqlamalar vermək üçün fürsət verib. Ona görə də hesab edirəm ki, Azərbaycan tərəfinin CNN-i məhkəməyə vermək qərarı doğrudur. 

Bununla Azərbaycan göstərir ki, yayılan məlumat həqiqətə uyğun deyil və məntiqə sığmır. Çünki həmin iddia Azərbaycanın rəsmi dövlət mövqeyi ilə üst-üstə düşmür”. Elxan Şahinoğlu bildirib ki, məhkəmənin nəticəsinin necə olacağını indidən söyləmək çətindir: 

“Azərbaycanın bu addımı nəticəsində CNN-in təkzib xarakterli materialla çıxış etməsi mümkündür. Ümumiyyətlə, CNN-in yalnız Azərbaycana qarşı deyil, hətta ABŞ Prezidenti Donald Trampa qarşı da saxta məlumatlar yayır. 

Tramp özü də dəfələrlə bu kanalla bağlı tənqid səsləndirib və onu saxta xəbərlər yaymaqda ittiham edib. Ona görə də hesab edirəm ki, Azərbaycanın verdiyi qərar doğrudur. İndi əsas məsələ məhkəmənin nəticəsini gözləməkdir”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

 

Açar sözlər: CNN Elxan Şahinoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Avqust 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri