Çobanyastığı çayı dəmləyərkən buna diqqət edin ZƏRƏRLİ OLA BİLƏR
Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çobanyastığı hər zaman dərman, şəfa deyil. Bununla bağlı mütəxəssislər xəbərdarlıq edib. Onların sözlərinə görə, çobanyastığını qaynatmaq doğru deyil.
May ayında çiçəkləməyə başlayan çobanyastığını insanlar toplayır və müalicə məqsədilə istifadə edirlər. Mayda yığılan çobanyastığı çay kimi istehlak edildikdə sağlamlığa bir çox faydası var. Sinir sistemi və həzm sistemi problemləri və əzələ ağrıları, xüsusilə yuxu problemləri kimi pozğunluqların müalicəsində geniş istifadə olunur.
Türkiyənin Balıkesir Universitetinin professoru Fatih Satıl bununla bağlı maraqlı açıqlama verib.
O bildirib ki, qurudularaq satılan bütün çobanyastığı növləri sağlamlıq üçün faydalı hesab edilmir. Çünki onların hamısı may ayında çıxan çobanyastığı deyillər. Bu səbəbdəndə mayda toplanmayan çobanyastığı fayda əvəzinə zərər verə bilər. Mütləq istifadə etməzdən öncə həmin məhsulun standartlara uyğun olub-olmadığına, etiketlənməsinə və qablaşdırılmasına diqqət etmək lazımdır. Professor Fatih Satıl qeyd edib ki, may papatyasının ortasındakı sarı hissə konus şəklində və içi boş olur. Yarpaqları tül şəklindədir. Bundan başqa, müalicəvi çobanyastığı digər növlərdən özünəməxsus qoxusu ilə seçilir.
Mütəxəssisin sözlərinə görə, çobanyastığı çayının dərman məqsədi ilə istifadə edilməsi üçün qurudulmuş çobanyastığı çiçəkləri qaynar suya tökülməlidir və heç vaxt qaynadılmamalıdır.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 15 Noyabr 2024 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















