Icma.az
close
up
RU
Coca Cola nın tərkibində xərçəng yaradan MADDƏ AŞKARLANDI: Azərbaycanda vəziyyət necədir?

Coca Cola nın tərkibində xərçəng yaradan MADDƏ AŞKARLANDI: Azərbaycanda vəziyyət necədir?

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"The Coca-Cola" qida nəhənginin törəmə şirkəti olan "Coca-Cola Europacific Partners Belgium" Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarından məhsullarını kütləvi şəkildə geri çağırdığını elan edib.

Buna səbəb kimi məhsulların tərkibində xloratların miqdarının yüksək olması göstərilib.

Maraqlıdır, bəs görəsən, tərkibində xloratların miqdarının yüksək olduğu deyilən içki Azərbaycana idxal olunubmu?

Məsələ ilə bağlı "Coca-Cola Azərbaycan"dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən hal Azərbaycanda istehsal edilən və satılan içkilərə aid deyil:

"Sözügedən hal bəzi Avropa ölkələrindəki məhsullara şamil edilib. Belə ki, "Coca-Cola Europacific Partners" şirkətinin Belçikanın Gent şəhərində istehsal etdiyi sərinləşdirici içkilərin analizi zamanı bəzi məhsulların tərkibində xlorat səviyyəsinin normadan yüksək olması aşkar edilib.

Müstəqil ekspertlər və laboratoriyaların analizinə əsasən, sözügedən məhsulların istehlakçılar üçün risk ehtimalının çox cüzi olmasına baxmayaraq, Belçika, Lüksemburq və Niderland rəsmiləri ilə məsləhətləşmələr əsasında həmin məhsulların geri çağırılması qərara alınıb.

Bir daha bildirmək istəyirik ki, geri çağırılma yalnız bəzi Avropa ölkələrinə aid edilir və Azərbaycanda istehsal edilən və satılan içkilərə aid deyil".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib:

"Həmçinin onu da diqqətə çatdırırıq ki, ölkəmizə idxal edilən bütün qida məhsulları kimi, "Cola" və digər qablaşdırılmış sərinləşdirici içkilər də riskəsaslı yanaşma tətbiq etməklə mövcud nəzarət tədbirlərinə cəlb edilir. Yalnız laborator sınaq nəticələri məhsulun istehlaka yararlı olduğunu göstərdikdən sonra həmin məhsulların satışa çıxarılmasına icazə verilir".

Qazlı içkilərdə xloratın miqdarının çox olması insan sağlamlığına zərərlidir?

Qida təhlükəsizliyi üzrə konsaltinq şirkətlərindən birinin icraçı direktoru Seymur Qafarov Oxu.Az-ın müvafiq sualına cavab olaraq qeyd edib ki, qazlı içkilərdə xlorat miqdarının çox olması insan sağlamlığı üçün təhlükəli ola bilər:

"Xlorat, əsasən, suyun dezinfeksiyası zamanı xlor tərkibli maddələrdən yaranır və içkilərin istehsalı prosesində istifadə olunan su ilə içkiyə keçə bilər. Xloratın yüksək miqdarda qəbul edilməsi aşağıdakı təsirlərə səbəb ola bilər:

1. Qanla bağlı təsirlər:

Xlorat hemoqlobini oksigeni daşımaq qabiliyyətindən məhrum edə bilər. Bu, methemoqlobinemiya adlı vəziyyətə səbəb olur və oksigen çatışmazlığı yarada bilər. Belə halda yorğunluq, nəfəs darlığı və başgicəllənmə kimi hallar müşahidə edilir.

2. Toksik təsir:

Xlorat orqanizmdə oksidləşdirici stres yaradır və bu, xüsusilə böyrəklər üçün zərərli ola bilər. Böyrək funksiyalarını pozaraq, böyrək çatışmazlığına gətirib çıxara bilər.

3. DNT zədələnməsi və xərçəng riski:

Xloratın yüksək səviyyədə uzunmüddətli qəbulu bəzi hallarda DNT zədələnməsi ilə əlaqələndirilib. Bu isə xərçəng riskini artıra bilər.

4. Həzm sistemi problemləri:

Həddindən artıq xlorat mədə-bağırsaq narahatlığı, qusma və ya ishala səbəb ola bilər.

5. Uşaqlara və həssas insanlara təsiri:

Uşaqlar, yaşlılar və ya xroniki xəstəlikləri olanlar xlorata qarşı daha həssasdırlar və zərər daha güclü təsir göstərə bilər.

Buna görə də qazlı içkilərdə xlorat səviyyəsi beynəlxalq təhlükəsizlik standartlarına uyğun şəkildə ciddi nəzarət altında saxlanılmalıdır. Hər hansı istehlak məhsulunun keyfiyyətinə və etiketdəki məlumatlarına diqqət yetirmək vacibdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:262
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Yanvar 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri