Icma.az
close
up
RU
Coca Cola Avropadakı məhsullarını xlorat səbəbindən geri çağırır Azərbaycanda vəziyyət necədir?

Coca Cola Avropadakı məhsullarını xlorat səbəbindən geri çağırır Azərbaycanda vəziyyət necədir?

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"The Coca-Cola" qida nəhənginin törəmə şirkəti olan "Coca-Cola Europacific Partners Belgium" Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarından məhsullarını kütləvi şəkildə geri çağırdığını elan edib. Buna səbəb kimi məhsulların tərkibində xloratların miqdarının yüksək olması göstərilib.

Maraqlıdır, bəs görəsən, tərkibində xloratların miqdarının yüksək olduğu deyilən içki Azərbaycana idxal olunubmu?

Məsələ ilə bağlı "Coca-Cola Azərbaycan"dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən hal Azərbaycanda istehsal edilən və satılan içkilərə aid deyil:

"Sözügedən hal bəzi Avropa ölkələrindəki məhsullara şamil edilib. Belə ki, "Coca-Cola Europacific Partners" şirkətinin Belçikanın Gent şəhərində istehsal etdiyi sərinləşdirici içkilərin analizi zamanı bəzi məhsulların tərkibində xlorat səviyyəsinin normadan yüksək olması aşkar edilib.

Müstəqil ekspertlər və laboratoriyaların analizinə əsasən, sözügedən məhsulların istehlakçılar üçün risk ehtimalının çox cüzi olmasına baxmayaraq, Belçika, Lüksemburq və Niderland rəsmiləri ilə məsləhətləşmələr əsasında həmin məhsulların geri çağırılması qərara alınıb.

Bir daha bildirmək istəyirik ki, geri çağırılma yalnız bəzi Avropa ölkələrinə aid edilir və Azərbaycanda istehsal edilən və satılan içkilərə aid deyil".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib:

"Həmçinin onu da diqqətə çatdırırıq ki, ölkəmizə idxal edilən bütün qida məhsulları kimi, "Cola" və digər qablaşdırılmış sərinləşdirici içkilər də riskəsaslı yanaşma tətbiq etməklə mövcud nəzarət tədbirlərinə cəlb edilir. Yalnız laborator sınaq nəticələri məhsulun istehlaka yararlı olduğunu göstərdikdən sonra həmin məhsulların satışa çıxarılmasına icazə verilir".

Qazlı içkilərdə xloratın miqdarının çox olması insan sağlamlığına zərərlidir?

Qida təhlükəsizliyi üzrə konsaltinq şirkətlərindən birinin icraçı direktoru Seymur Qafarov Oxu.Az-ın müvafiq sualına cavab olaraq qeyd edib ki, qazlı içkilərdə xlorat miqdarının çox olması insan sağlamlığı üçün təhlükəli ola bilər:

"Xlorat, əsasən, suyun dezinfeksiyası zamanı xlor tərkibli maddələrdən yaranır və içkilərin istehsalı prosesində istifadə olunan su ilə içkiyə keçə bilər. Xloratın yüksək miqdarda qəbul edilməsi aşağıdakı təsirlərə səbəb ola bilər:

1. Qanla bağlı təsirlər:

Xlorat hemoqlobini oksigeni daşımaq qabiliyyətindən məhrum edə bilər. Bu, methemoqlobinemiya adlı vəziyyətə səbəb olur və oksigen çatışmazlığı yarada bilər. Belə halda yorğunluq, nəfəs darlığı və başgicəllənmə kimi hallar müşahidə edilir.

2. Toksik təsir:

Xlorat orqanizmdə oksidləşdirici stres yaradır və bu, xüsusilə böyrəklər üçün zərərli ola bilər. Böyrək funksiyalarını pozaraq, böyrək çatışmazlığına gətirib çıxara bilər.

3. DNT zədələnməsi və xərçəng riski:

Xloratın yüksək səviyyədə uzunmüddətli qəbulu bəzi hallarda DNT zədələnməsi ilə əlaqələndirilib. Bu isə xərçəng riskini artıra bilər.

4. Həzm sistemi problemləri:

Həddindən artıq xlorat mədə-bağırsaq narahatlığı, qusma və ya ishala səbəb ola bilər.

5. Uşaqlara və həssas insanlara təsiri:

Uşaqlar, yaşlılar və ya xroniki xəstəlikləri olanlar xlorata qarşı daha həssasdırlar və zərər daha güclü təsir göstərə bilər.

Buna görə də qazlı içkilərdə xlorat səviyyəsi beynəlxalq təhlükəsizlik standartlarına uyğun şəkildə ciddi nəzarət altında saxlanılmalıdır. Hər hansı istehlak məhsulunun keyfiyyətinə və etiketdəki məlumatlarına diqqət yetirmək vacibdir".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Yanvar 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri