Icma.az
close
up
RU
® “CocaCola” Fondunun dəstəyi ilə Şamaxının Mərzəndiyə kəndinin içməli su təminatı yaxşılaşdırılır AZƏRTAC

® “CocaCola” Fondunun dəstəyi ilə Şamaxının Mərzəndiyə kəndinin içməli su təminatı yaxşılaşdırılır AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Dekabrın 20-də Şamaxı şəhər Yaradıcılıq Mərkəzində “Coca-Cola” Fondunun, Qlobal Su Çağırışı üzrə Koalisiyasının dəstəyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “EcoHub” ekoloji platformasının təşəbbüsü ilə həyata keçirilən “Dayanıqlı Su Təşəbbüsləri” Proqramı çərçivəsində icra edilən “Şamaxı rayonunun Mərzəndiyə kəndinin su təminatının yaxşılaşdırılması” layihəsinin təqdimatı olub.

Mərzəndiyə kəndinə yeni su xəttinin çəkilişinə başlanılması ilə əlaqədar keçirilən tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, “EcoHub” ekoloji platformasının direktoru Tükəzban Ağababayeva, ADSEA-nın “Regional Su Meliorasiya Xidməti”nin sədr müavini Şöhrət Süleymanov və “Coca-Cola” şirkətinin Avrasiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr direktoru Elşad Fərzəliyev iştirak edib.

Layihə çərçivəsində Mərzəndiyə kənd sakinlərinin uzun müddətdir gözlədiyi içməli su təminatının yaxşılaşdırılması məqsədilə infrastrukturun qurulması və su resurslarının səmərəli idarə olunmasına dair tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüs içməli suyun təminatı üçün boru xətlərinin çəkilməsinə və kənd sakinlərinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Mühüm layihənin həyata keçirilməsi nəticəsində kənddə yaşayan 1311 sakin keyfiyyətli içməli su ilə təmin ediləcək.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər rayon ərazisində həyata keçirilən geniş miqyaslı abadlıq və infrastruktur layihələrindən, o cümlədən kənd və qəsəbələrin su təminatının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O, Mərzəndiyə kəndinə su xəttinin çəkilişinə dəstək göstərən bütün tərəfdaşlara təşəkkürünü bildirib.

Rəsmi mərasimdə çıxış edən “Coca-Cola” şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, su təminatının yaxşılaşdırılmasına yönələn layihələrin icrası şirkətin əsas prioritetlərindən biridir: “Coca-Cola”nın da dəstəyi ilə Mərzəndiyə kəndinin uzun illərdir davam edən su problemi nəhayət ki, öz həllini tapır. Biz şirkət olaraq bu təşəbbüsü dəstəkləməkdən qürur duyuruq. Kənd əhalisinin 2025-ci ilin Novruz bayramı ərəfəsində içməli su ilə təmin edilməsini səbirsizliklə gözləyirik. İnanıram ki, əməkdaşlığımız gələcəkdə də genişmiqyaslı layihələrin keçirilməsinə yol açacaq”.

Tədbirdə “EcoHub” ekoloji platformasının direktoru Tükəzban Ağababayeva layihənin əsas məqsədlərini təqdim edərək, ölkəmizdə əhalinin dayanıqlı və keyfiyyətli içməli suya çıxışının təmin olunması üçün dövlət qurumları tərəfindən həyata keçirilən irimiqyaslı işlərə əlavə dəstəyin əhəmiyyətini qeyd edib. O, sektorlararası əməkdaşlığın bu cür layihələrin uğurla gerçəkləşməsində mühüm rol oynadığını, özəl sektorun da korporativ sosial məsuliyyət çərçivəsində su təminatı sahəsinə diqqət ayırmasının vacibliyini vurğulayıb. Tükəzban Ağababayeva “EcoHub”un ölkəmizdə fəaliyyət göstərən şirkətlərə ətraf mühitə dair layihələrə daha həssas yanaşmaları üçün mütəmadi çağırışlar etdiyini bildirərək, Mərzəndiyə kəndində həyata keçirilən bu təşəbbüsün müsbət nəticələrini böyük həyəcanla gözlədiklərini əlavə edib.

Həmçinin ADSEA-nın “Regional Su Meliorasiya Xidməti”nin sədr müavini Şöhrət Süleymanov layihənin icrası ilə bağlı zəruri avadanlıqlar və texniki imkanların tam hazır olduğunu bildirib: “Bu təşəbbüs su resurslarının idarəolunması və içməli su təminatının yaxşılaşdırılması sahəsində vacib addımdır. Hazırda Mərzəndiyə kəndində su çəkilişi işlərinə Şamaxı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən artıq başlanıb və proses sürətlə davam etdirilir. Layihənin uğurla başa çatdırılması üçün həm müasir texnologiyalar, həm də qabaqcıl idarəetmə üsulları tətbiq edilir. Gözləntimiz odur ki, belə təşəbbüslər digər regionlarda da tətbiq olunaraq su resurslarının idarə olunmasında müsbət təcrübələr yaradacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri