Icma.az
close
up
RU
Mərzəndiyə kəndində içməli su layihəsi həyata keçirildi Fotolar

Mərzəndiyə kəndində içməli su layihəsi həyata keçirildi Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şamaxı rayonunun Mərzəndiyə kəndində içməli su layihəsinin birinci zonasının açılış mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, mərasimdən əvvəl Şamaxı şəhərində bu münasibətlə tədbir keçirilib.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, təşkilatların rəhbərləri və əməkdaşları, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, Mərzəndiyə kənd sakinləri bu günü səbirsizliklə gözləyirdilər. Artıq onlar keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunurlar. Qeyd olunub ki, bu layihə dövlət qurumları və təşkilatların birgə əməkdaşlığı ilə həyata keçirilir. Mərzəndiyə kəndi 1350 nəfərlik əhalisi, 220 ev təsərrüfatı ilə Şamaxı rayonunun mühüm yaşayış məntəqələrindən biridir. Layihə iki zona üzrə planlaşdırılıb. Hazırda birinci zona üzrə işlər yekunlaşıb, ikinci zona üzrə isə icra davam edir. Layihənin əsas məqsədi kənddə yaşayan bütün ailələrin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunmasıdır.

Tədbirdən sonra qonaqlar Mərzəndiyə kəndində içməli suyun açılış mərasimində iştirak ediblər. Kənd sakinləri bu işlərin görülməsində əməyi olan hər kəsə, təşkilatçılara, mühəndislərə, bu sahədə çalışan işçilərə və dəstək verən bütün qurumlara dərin təşəkkürünü bildiriblər.

Qeyd edək ki, layihə zamanı suburaxıcılar, havaburaxıcı qurğular, müxtəlif ölçülü siyirtmələr və digər zəruri avadanlıqlar quraşdırılıb, 110 evə su verilib və sayğaclaşdırma prosesi mərhələli şəkildə aparılır. Hazırda layihənin icrası davam edir və çox yaxın zamanda 220 evin hər birinə fərdi su çıxışı veriləcək. Layihə çərçivəsində Pirsaat çayı üzərində yerləşən Nəsimi Nasos Stansiyasından 100 m³/saat məhsuldarlığa və 45 kVt gücə malik nasos aqreqatı vasitəsilə 5628 metr uzunluğunda, diametri 110 mm olan polietilen borularla su xətti çəkilib. Onun 1400 metri Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən inşa olunub. Kəndin yuxarı hissəsində 63 kub metr həcmində su çəni quraşdırılıb. Ümumilikdə isə 6900 metr uzunluğunda müxtəlif diametrli yeni su şəbəkəsi qurulub.










Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri