Icma.az
close
up
RU
Çökən Rusiyada vandalizmin artması fonunda ölkə siyasilərinin reaksiyası

Çökən Rusiyada vandalizmin artması fonunda ölkə siyasilərinin reaksiyası

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Rusiyanın vandalizmi və terrorçuluğu Azərbaycan hakimiyyətinə qarşı deyil, Azərbaycanın Müstəqil Dövlət anlayışınadır. 

Bu gün Azərbaycan hakimiyyətinin Rusiya ilə qurduğu yanlış münasibətləri müzakirə predmetinə çevirmək yenə Rusiyanın işinə gələcək. Bu mövzunu bir başqa zaman dəyərləndirmək lazımdır. Bəli, razıyam ki, uzun illərdir biz dövlət olaraq Rusiya haqqında gerçəkləri görməzdən gəlmə siyasətinə üstünlük vermişik. Bunun obyektiv səbəbi də vardı, Qarabağ probleminə görə məcburi sükut nümayiş etdirməliydik. Lakin həm də fikirləşilirdi ki, bu yumşaq siyasət guya Moskvanı məkrli niyyətindən daşındıracaq. Lakin bu yol özünü doğrultmadı. Əksinə, biz göz yumduqca, Rusiya daha da ayaq açdı. Şimal qonşumuzun bizim ona münasibətimizdən asılı olmayaraq, yürütdüyü siyasəti heç bir zaman lehimizə olmadı və heç bir zaman da olmayacaq.

200 ildir Rusiyanın Azərbaycana münasibəti ortadadır. Bu 200 ildə şübhəsizdir ki, Rusiyadan ölkəmizə heç vaxt dost münasibəti olmadı. Bütün Şərqdə və Türk dünyasında ilk olaraq qurduğumuz dövləti işğal edib, talançı, qəddar müstəmləkə sistemi yaratdılar və 70 il bizi bu sistemdə saxlamaq üçün hər cür qanımızı axıtdılar. Millətimizin intellektual beyinlərini 37-də məhv etdilər. Müstəqilliyimizi bərpa edəndən sonra isə Rusiya bizim bir dövlət kimi yox olmağımız üçün hər şey etməyə hazır vəziyyətdə oldu. 

Bu münasibətin isə ən əsas səbəblərindən biri odur ki, Rusiya öz daxilində türklərə hər an partlayan bomba kimi baxır. Rusiyanın yumşaq qarnının məhz türk xalqları olduğunu ruslar özləri çox yaxşı bilirlər. Nəinki Cənubi Qafqaz türklərinin, Orta Asiya, Şimali Qafqaz və Volqaboyunda yaşayan türk xalqlarının da həyatına müdaxilə edib, öz nüfuz dairəsində saxlamaqla, Türk Dünyasının inteqrasiyasının, inkişafının qarşısını almaqla bizim bir millət olaraq qurduğumuz dövlətin və ya dövlətlərin daim Rusiya təsirində qalmasına çalışırlar.

Buna görə də, fürsət düşən kimi hər cür düşmənçiliyi edirlər. Rusiya çox yaxşı bilir ki, bütün Türk coğrafiyasında Türk milliyyətçiliyinin ideoloji mərkəzi hər zaman Azərbaycan olub. Əli bəy Hüseyinzadədən, Əhməd Ağaoğluna, Hüseyin Caviddən, Əhməd Cavada, Hadidən, Əmin Abid Gültəkinə, Cəfər Cabbarlıdan, Müşfiqə və digər başlarını kəsdikləri aydınlarımızı bizdən daha çox oxuyur və əzbərə bilirlər. Və onu da yaxşı bilirlər ki, bu 30 ildə nə qədər məktəb açdırsalar da, nə qədər gözü-qulağı Kremldə olan kadrlar formalaşdırsalar da, Azərbaycan insanının qəlbində hər zaman nifrətlə yer tutdular.

SSRİ çökəndən sonra Rusiyanın ittifaqın tərkibində olmuş respublikalara lazımi hədə-qorxu mesajları vermək, onları "Böyük Rusiya”nın ayağına gətirmək məqsədinə xidmət edən nə qədər belə amansız və qanlı cinayətlərinin, terror hərəkətlərinin şahidiyik. Bu tarix gözümüzün önündə yaşanır.

Xarici təhdidlərə qarşı isə siyasi və ideoloji mühit formalaşmalıdır ki, Rusiyanın və İranın aqressiyası qarşısında qalxan funksiyasını yerinə yetirə biləsən. Bu üzdən deyirəm ki, mövcud hakimiyyətin Rusiya ilə yanlış qurduğu münasibətlərinə bu gün toxunmaq zərərlidir.

Dövlət və Millət məsələsində fürsətcil davranmaq böyük siyasi yanlışdır. Demokratiya uğrunda mübarizə ilə xarici təhdidə müqavimət arasındakı qırmızı xətti görmək lazımdır.

Rusiyadan gələcək təhdidlərə qarşı ideoloji xəttin inkişafından ötrü çox diqqətli olmalıyıq.

Təsəvvür edin ki, diqqətlə izləyirlər ki, təhdid etdikləri ölkənin siyasi elitası təhlükə qarşısında hansı yolu tutacaq?

Çünki Rus İmperializminin əsas hədəflərindən biri - Azərbaycan xalqının Rusiyanın imperialist siyasətinə qarşı dirənişini təşkil edə biləcək siyasətçilərini hakimiyyət savaşında uduzduraraq zəiflətməkdir.

Ölkə cəmiyyətini ideoloji aspektdə Putin Rusiyasına qarşı diri və hazır tutmaq üçün siyasi elitanın çox diqqətli olması vacib amildir.

Bu günlər artıq Putin Rusiyasının inanılmaz bir sürətlə və ciddi hazırlanmış proqram əsasında çöküşünü izləməkdəyik. Təzyiqlər hər gün artan xətlə davam edir. Həm iqtisadi, həm də hərbi planda nəfəsliyi daralır. Lakin bu avtoritar, şovinist mahiyyətli rejimin nəfəsi Qafqazda kəsiləcək. Bunu özləri də yaxşı anlayırlar və elə buna görədir ki, bizə qarşı hər keçən gün daha da amansızlaşırlar.

Biz isə tarixə və çağdaş gerçəkliyə uyğun davranmalıyıq. Ehtiyatlı siyasətdən hazırlıqlı siyasət formatına transfer olmalıyıq.

Anar Əsədli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 İyun 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri