Icma.az
close
up
RU
Çöküşlə barışmayanların korafəhmliyi

Çöküşlə barışmayanların korafəhmliyi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

“Miatsum” və “böyük Ermənistan” hayqıran hayların son ünvanı ya Erablur məzarlığı, ya da Bakı hərbi məhkəməsidir

8 avqust Vaşinqton Bəyannaməsi imzalandıqdan dərhal sonra gündəmdə qalmağa çalışan köhnə simalar – Serj Sarkisyan, Robert Koçaryan, “Daşnaksütyun”un başsız qalmış siyasi yetimləri, habelə xaricdəki erməni diasporunun separatçı dairələri səhnəyə atılıblar. Onların məqsədləri bizə gün kimi aydındır: Qarabağ “kartı”nı yenidən gündəmə gətirmək, “ermənilərin qayıdışı” bəhanəsi ilə həm sülh prosesini baltalamaq, həm də Paşinyanı zəiflətmək. Halbuki Nikol Paşinyanın özü dəfələrlə etiraf edib ki, dünyada bir Ermənistan dövləti var, ikincisinə ehtiyac yoxdur. Qarabağı könüllü tərk etmiş ermənilərin geri qaytarılması barədə qaldırılan sərsəm tələbləri isə Baş nazir açıq şəkildə təhlükəli adlandırıb. Bütün bu mesajlar onu deməyə əsas verir ki, Nikol bu saatdan sonra gülləni “öz ayağına sıxmaz”.

Erməni müxalifəti üçün Qarabağ məsələsi yalnız siyasətə qayıdış bileti deyil, həm də öləziməkdə olan revanşist xülyaların qığılcımıdır. Birgünlük antiterror əməliyyatının ardından darmadağın olmuş separatçı rejimin tör-töküntüləri indi özlərini “müstəqillik ildönümü” mitinqlərində, Erablur qəbiristanlığında saxta memoriallarda və ucdantutma “beynəlxalq konfrans”larda göstərməklə məşğuldurlar. Sentyabr ayının gəlişi ilə qaysaq bağlayan yaralar yenidən qanamağa başlayıb. İlk növbədə İrəvanda “Artsax: həll olunmamış münaqişə, qayıtmaq hüququ” mövzusunda ucdantutma təşkil olunmuş “konfrans” baş tutub. Burada çıxış edən İşxan Saqatelyan deyib ki, “Artsax məsələsi bağlanmayıb Artsax xalqı öz tarixi vətənində ləyaqətli yaşamaq hüququndan məhrum edilib”. Bu da öz növbəsində separatçı kütlə üçün boşa atılmış növbəti mərmidən başqa bir şey deyil.

Bu azmış kimi, Erablur qəbirstanlığında “Artsaxın harayı” adlı “memorial kompleks”in açılış mərasimi keçirilib. Mərasimdə separatçı qurumun sonuncu mogikanı obrazında çıxış edən Samvel Şahramanyan ATƏT-in Minsk qrupunun  ləğvindən sonra yeni mexanizmin yaradılacağına ümid etdiyini bildirib. Bu hadisələr göstərir ki, revanşistlərin teatrı yalnız söz və simvollardan ibarətdir. Hər bir çıxış, hər bir mərasim sanki cəmiyyətin diqqətini bulandırmaq, köhnə xülyaları diriltmək və sülh prosesini manipulyasiya etmək məqsədi daşıyır. Lakin reallıq amansızdır: Vaşinqton Bəyannaməsi və Azərbaycanın sərt, amma qətiyyətli addımları bütün lazımsız fiqurları əsas siyasi səhnədən sildi. 

Erablur qəbiristanlığında açılan “Artsaxın harayı” memorialı isə sülhə çağırış yox, bir növ yeni qəbirlərə dəvət simvoluna çevrildi. Bu mərasimdə Samvel Şahramanyan kimi fiqurların çıxış etməsi ironikdir: 2023-cü ildə məhz o, separatçı “DQR”in ləğv fərmanını imzalamışdı. İndi isə sanki yaddaşsızlıq sindromu ilə “qayıdış mexanizmi” uydurur. Azərbaycanın cavabı isə qətiyyətli və simvolik oldu. Eyni gün Xankəndidə uzun illər separatizmin rəmzi sayılan “xarici işlər nazirliyi” binasının söküntüsünə başlanıldı. Bu, həm İrəvana, həm də revanşistlərə ünvanlanmış mesaj idi: Azərbaycanın ərazisində ikinci erməni dövlət xülyası birdəfəlik torpağa gömülüb. 

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, qondarma rejimin ikinci ilində keçmiş xuntanı arzulayanların sayı ötən ilə nisbətən daha çoxdur. Bu isə səbəbsiz deyil. Ermənistanın baş naziri Nikol Paşinyan avqustda Vaşinqtonda Azərbaycan lideri İlham Əliyevlə əl sıxışaraq bir növ onun şərtlərini qəbul etdi. Bu isə müxalifətin arzuladığı ən son hadisə idi. Bakı ilə davamlı sülh şübhəsiz Nikolun hakimiyyətini gücləndirəcək, Ermənistanda mövcud xəstə meyilləri isə ölüm döşəyinə məhkum edəcəkdi. Artıq ilkin simptomlar özünü biruzə verməyə başlayır. Demək olar ki, Paşinyana əks bütün qüvvələr “sarsax” bayrağı altında cəmləşiblər. Bütün ermənilərin katolikosu hesab olunan II Qaregin, Böyük Kilikiya Evinin katolikosu I Aram, Ermənistanın ikinci prezidenti Robert Koçaryan, üçüncü prezident Serj Sarkisyan, Samvel Şahramanyan, digərləri və onların əlaltılarını hamısını birdən qaşınma tutub. Son üç gündür ki, yuxarıda adları sadalananlar ucdantutma “Artsax”la bağlı bəyanatlar səsləndirirlər. Lakin cəm də elə bu qədərdir. Bu çağırışların küyü İrəvandan o tərəfə çıxa bilmir, şəhərin özündə isə çox az dəstək tapıb.

Məhz elə reallıq da budur. Ermənistan cəmiyyəti yorulub. Erablurdakı “memorialın” açılışına qatılanların sayı göstərdi ki, nə erməni xalqı, nə də Qarabağdan köçənlər revanşistlərin oyunlarına qoşulmaq istəyir. Sülhün real faydaları göz önündədir – Azərbaycanla iqtisadi əməkdaşlıq, regional layihələrə qoşulmaq, təcriddən çıxmaq. Paşinyan anlayır ki, 2026-cı il seçkilərinə gedən yolda onun yeganə şansı budur. 

Sonda sual açıq qalır: Ermənistan hakimiyyəti cəsarət göstərib sülh kursunu davam etdirəcəkmi, yoxsa “Artsax xülyası”na uymuş revanşistlərin ipini əllərinə almalarına göz yumacaq? Yaxın tarix göstərdi ki, “miatsum” və “böyük Ermənistan” şüarlarının sonu iki yerdə – Erablur qəbiristanlığı, yaxud Bakı təcridxanalarında bitib. İndi seçim İrəvandadır – ya sabitlik və inkişaf yolu, ya da revanşistlərin qara kitablarına yazılan daha bir uğursuz tarix. 

Yusif BAĞIRZADƏ, 
politoloq 

Vaşinqton görüşündə əldə olunan razılaşma Cənubi Qafqazda yeni reallıqların meydana gəlməsini şərtləndirdi. Sülh sazişinin paraflanması ilə yanaşı, Azərbaycanın tələbi ilə ATƏT-in Minsk qrupundan imtina edilməsinə dair birgə müraciət, eləcə də yenə də Bakının şərtləri daxilində Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın əldə olunması regionda sabit və davamlı sülhün əldə edilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.  

Bütün bunlardan qazanan təkcə Azərbaycan yox, təbii ki, həm də Ermənistandır. Uzun illər ərzində, demək olar ki, dalan dövlət olaraq qalmaq məcburiyyətində qalan və Rusiyadan, bir sıra hallarda isə İrandan asılı vəziyyətdə olan Ermənistan nəhayət ki, tranzit ölkə statusu əldə etmək, regional layihələrdə iştirak etmək imkanı əldə edəcək. Ermənistanda hakim partiya ilə yanaşı, çoxluq da Azərbaycanla əldə edilən razılaşmaların əhəmiyyətini dərk edir. Amma təəssüf ki, Ermənistanda hələ də revanşist düşüncəyə malik, Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpasını ölkə üçün xəyanət kimi qəbul edənlər də var. Bu qüvvələrin əksəriyyəti birbaşa kənardan idarə olunur və kilsə ilə birlikdə Ermənistanda “beşinci kalon” fəaliyyətdədir. 

Paşinyan və komandasının revanşistlərin bu çağırışları fonunda konkret və sərt tədbirlərə əl atması lazımdır. Düşünürəm ki, belə də olacaq. Çünki Paşinyan yaxşı dərk edir ki, həmin qüvvələrə meydan vermək, xüsusilə də seçkiqabağı dövrdə hakimiyyətin başağrısına çevrilə bilər. Digər tərəfdən, revanşist çağırışlara yol verilməməsi artıq paraflanan sülh sazişində də konkret öhdəlik olaraq qoyulub və Ermənistan da buna uyğun addımlar atmalıdır. 

Əks halda sülhə təhdid sayılan istənilən addım Azərbaycanın sərt təpkisinə səbəb olar ki, bunun da aqibətini ermənilər son beş ildə kifayət qədər yaxşı bilirlər.

Tacir SADIQOV 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri