Icma.az
close
up
RU
Tanınmış italiyalı məşqçi Fənərbaxça nın başına keçə bilər

Tanınmış italiyalı məşqçi Fənərbaxça nın başına keçə bilər

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

''Fənərbaxça''nın baş məşqçisi postuna namizədlərin sırasına daha bir önəmli isim əlavə olunub. Söhbət Antonio Kontedən gedir.

"Football-plus.az" xəbər verir ki, ünlü mütəxəssis ''Napoli''dən ayrılmağa çox yaxındı. İtaliya mətbuatının yazdığına inansaq, hələ rəsmi açıqlama gəlməsə də, rəhbərliklə məşqçi arasında müqavilənin ləğvi barədə danışıqlar başlayıb.
Neapol təmsilçisi ötən mövsüm mühüm bir performans sərgiləyərək çempion olsa da, bu mövsüm bir çox mövzuda Konte ilə rəhbərlik arasında fikir ayrılığı yaşandı. Bu da nəticələrdə öz əksini tapdı. Son turdakı ''Udineze'' ilə matçın ardından ayrılıqla bağlı yeni xəbərlərin olacağı gözlənilir.
56 yaşlı məşqçinin yeni iş yerinə gəlincə, onun iki əsas seçimi var. Biri İtaliya yığması, digəri ''Fənərbaxça''. Konte hazırda ''Skuadra adzurra''nın başına keçməyə əsas namizəd hesab olunur. İyunun 22-də İtaliya Futbol Federasiyasında prezident seçkiləri keçiriləcək. Yeni rəhbərliyin dərhal Konte ilə danışıqlara başlayacağı güman edilir. Onun yığmaya təyinatı baş tutmasa və ya ortaya hər hansı bir problem çıxsa, ''Fənər''in şansları artacaq.
Məlum olduğu kimi bir müddət öncə ''sarı-lacivərdlilər''in prezidentliyə namizədlərindən olan Hakan Safi İtaliyaya - Milana yollanmışdı. Onun Rafael Leao ilə bağlı danışıqlar apardığı iddia edilmişdi. Amma indi məlum olub ki, Safi başqa danışıqlar da aparıb. Məsələn, o, əfsanəvi Paolo Maldiniyə klubda baş məsləhətçi vəzifəsini təklif edib! Elə məhz Maldini ilə söhbət əsnasında Konte versiyası ortaya çıxıb və Safi fürsətdən istifadə edərək Maldininin sayəsində ünlü məşqçi ilə də telefonda söhbət edib.
Türkiyəli jurnalist Sərcan Həmzəoğlunun xəbərinə görə tərəflər arasında ilk danışıqlar kifayət qədər uğurlu keçib. Konte işlədiyi klublarda qazandığı ölkə çempionluqları ilə diqqət çəkir. O, avrokubok yox, çempionat məşqçisi hesab olunur. ''Napoli''dən başqa ''Yuventus'', ''İnter'' və ''Çelsi'' ilə də çempion olub. 12 ildi, çempion ola bilməyən və bu baxımdan tarixinin ən çətin dönəmini yaşayan ''Fənər''ə də məhz bu cür məşqçi lazımdı. Ona görə də ''Fənər''lə Konte arasında danışıqların hansı mərhələyə qədər irəliləyəcəyi maraq doğurur. Ancaq Safi planlarını həyata keçirmək üçün ilk növbədə iyunun 6-7-də keçiriləcək prezident seçkilərində Əziz Yıldırıma qalib gəlməlidi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 May 2026 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri