Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Ötən onilliklərin solmayan kinolentləri

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Ölümdən sonra insanı nə gözləyir?

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Çöllərə su gələcək...

Çöllərə su gələcək...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

“Qız qalası” su anbarından magistral suvarma kanalının tikintisi gündəlikdədir

Qalib Azərbaycanın postmüharibə mərhələsində uğurla reallaşdırdığı “Böyük Qayıdış” proqramı bir sıra əlaqəli sahələri əhatə edir. Bəhs olunan proqrama əsasən, həm işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələri bərpa edilir, müasir standartlar səviyyəsində yeni şəhər və kəndlər salınır, həm də genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. İndiyədək burada dövlət büdcəsindən ayrılan böyük həcmlərdə vəsaitlər hesabına yaradılan müasir infrastruktur  otuz il ərzində üzləşdikləri ağır məhrumiyyətlərdən sonra doğma yurd yerlərinə qayıdan insanların istifadəsinə verilib. Həmçinin perspektivdə yeni layihələrin icrası da nəzərdə tutulur.

252 km uzunluğunda yeni suvarma şəbəkəsi

İşğaldan azad edilmiş ərazilərdə reallaşdırılacaq mühüm infrastruktur layihələrindən biri də Araz çayı üzərində yaradılan “Qız Qalası” su anbarından magistral xəttin çəkilməsini əhatə edir.  Artıq Cəbrayıl rayonundakı  su anbarından 52 km uzunluğunda və 50 kubmetr/san ötürmə qabiliyyətinə malik magistral suvarma kanalınının tikintisi üçün hazırlıqlara başlanılıb.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətindən məlumat verilib. Layihənin icrası Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilmiş ərazilərində, eləcə də Mil-Muğan zonasında etibarlı suvarma xidmətlərinin göstərilməsinə imkan verəcək.  Belə ki, 252 km uzunluğunda suvarma boru kəmərləri şəbəkəsinin çəkilməsi ilə su ehtiyatlarının səmərəli idarə edilməsi mümkün olacaq. Burada həm iqlimə davamlılıq, həm də su ehtiyatlarının smart qaydada idarə edilməsi əsas götürülüb. Yaradılacaq yeni şəbəkə sayəsində susuz çöllərə su gələcək.

Layihənin xərclərinin bir hissəsini İslam İnkişaf Bankı ödəyəcək. Bank bu məqsədlə 96,48 milyon ABŞ dolları məbləğində Hissəli Satış maliyyələşdirilməsi təmin edəcək.

İşğal səbəbindən inşası onilliklər ərzində ləngiyən layihə

Araz çayı dörd ölkə arasında yerləşir və hər zaman iqtisadi, mədəni, tarixi cəhətdən önəm daşıyıb. Çay üzərində, eyni zamanda, zaman-zaman müxtəlif iqtisadi infrastrukturlar yaradılıb. Ətrafda yaşayan insanlar çayın potensialından həmişə böyük dərəcədə faydalanıblar. Paralel şəkildə, ölkələr Araz çayının suyundan istifadə etmək üçün hər zaman əməkdaşlıq əlaqələri qurublar. Məlumdur ki, çayın üstündə 12 kilometr uzunluğa malik və eyni zamanda, sellərin qarşısını alan bəndin imkanlarından geniş istifadə olunub.

Ötən ilin may ayında əlamətdar hadisə baş verdi - Araz çayı üzərində Azərbaycanın və İranın birgə əməkdaşlığı ilə inşa olunan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları istifadəyə verildi. Bunlar elektrik enerjisi istehsalı və suvarma məqsədləri üçün  böyük infrastruktur obyektidir.

Bəhs olunan hidroqovşaqların layihələri keçmiş Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Hidroqovşaqların layihələri ötən əsrin doxsanıncı illərinin əvvəllərində yenidən işlənib və ona bir sıra əlavələr edilib. Bununla belə, infrastruktur obyektlərinin inşası Ermənistanın Azərbaycana qarşı apardığı və təxminən otuz il davam edən işğalıçılıq siyasəti nəticəsində ləngiyib. Hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.

Ancaq işğal faktına baxmayaraq, Azərbaycan hidroqovşaqların tikintisi ilə bağlı siyasi iradədən heç vaxt geri çəkilməyib. Prezident İlham Əliyev 11 iyul 2016 tarixində “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqləyib. Xatırladaq ki, həmin Saziş 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanıb. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində Azərbaycan qazandığı parlaq Qələbə sayəsində ərazi bütövlüyünün hərbi-siyasi yolla bərpa edilməsinə nail oldu, o cümlədən işğal illərində Ermənistanın nəzarətində qalmış İranla dövlət sərhədlərinə çıxdı. Bundan sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib.

Hər iki layihə üzrə böyük iş həcmi yerinə yetirilib və mürəkkəb texniki məsələlər uğurla həllini tapıb.  O cümlədən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsi üzrə 2016-cı ildə imzalanmış müvafiq Hökumətlərarası Sazişə əsasən yaradılmış birgə Texniki Komissiya layihələrin icrası prosesindən irəli gələn məsələlərin müzakirəsi, razılaşdırılması və həllinə davamlı töhfələr verib.

İki qonşu ölkənin mənafeyi naminə...

“Xudafərin” və “Qız Qalası” layihələri hər iki ölkənin mənafeyi naminə inşa olunub. Bundan həm İran, həm də Azərbaycan böyük iqtisadi dvidentlər qazanacaqlar. İnfrastruktur obyektlərinin texniki parametrləri kifayət qədər genişdir. Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verir.

Layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradıb.

İnfrastruktur obyektlərinin istifadəyə verilməsi mərasimində bildirildiyi kimi, bu, su diplomatiyası sahəsində bənzərsiz bir layihədir. Bu layihə, əslində, Azərbaycan və İrandan əlavə, digər qonşu ölkələrlə də su sahəsində əməkdaşlığığı genişləndirməyə imkan verəcək. Təbii ki, Araz çayı boyunca yerləşən ölkələr sudan və bundan əldə olunan enerjidən istifadə sahəsində əməkdaşlığı daha da artırmalıdırlar. Yaxşı haldır ki, artıq bu istiqamətdə də  memorandumlar imzalanır. Prezident İlham Əliyev açlış mərasimindəki çıxışında  layihənin icrasını yüksək dəyərləndirib. “Bu gün biz əyani şəkildə gördük ki, bu layihə doğrudan da böyük bilik, səriştə və təcrübə tələb edirdi” deyən dövlətimizin başçısı vurğulayıb: “Bu gün çox əlamətdar bir gündür. “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi, hesab edirəm ki, tarixi hadisədir”.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Yanvar 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see297

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see220

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see203

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see181

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see180

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see177

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see177

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see177

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see177

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see176

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see176

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see175

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see175

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see174

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see174

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see172

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see172

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see171

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see171

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri