Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

COP günlərində taksi fəaliyyəti: Qaçaq xidmətçilər risk edəcəklər?

COP günlərində taksi fəaliyyəti: Qaçaq xidmətçilər risk edəcəklər?

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Böyük ziyarətçi axınının gözlənildiyi COP29-a sayılı günlər qalır. Qeyd edək ki, COP günlərində Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək. Konfrans günlərində paytaxtda qonaqların və şəhər sakinlərinin rahat hərəkətinin təmin edilməsi məqsədilə icrası planlaşdırılan tədbirlər çərçivəsində Bakı şəhərinin bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqları salınıb. Noyabrın 1-dən digər nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsinə məhdudiyyət qoyulub. Konfrans zamanı həmin zolaqlardan yalnız ictimai və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələri istifadə edəcək.

Bəs, görəsən, COP günlərində taksilər necə işləyəcək? Taksilərimiz COP29-a hazırdırlarmı? Ölkəyə gələn qonaqlar taksilərdən rahat şəkildə istifadə edə biləcəklərmi? Yollardakı məhdudiyyətlər taksilərin işinə necə təsir edəcək?

Qonaqlar nəqliyyat baxımından əziyyət çəkməyəcəklər

Sabiq millət vəkili Rüfət Quliyevin fikrincə, ölkədəki bütün infrastruktur COP29-a hazırdır: “Həm nəqliyyat, həm ictimai-iaşə obyektləri, həm də otellər bu tədbirə ən yüksək səviyyədə hazırlaşıblar. COP29 üçün Azərbaycan əlavə taksilər də sifariş verib. Həmin taksilər artıq Bakıdadır və fəaliyyətə başlayıblar. Heç bir qonaq nəqliyyat baxımından əziyyət çəkməyəcək. Biz bu beynəlxalq tədbiri ən yüksək səviyyədə həyata keçirəcəyik”.

Ekoloji cəhətdən təmiz taksilər iş başında olacaq

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, COP29 iştirakçılarına elektrik mühərrikli "LEVC TX5" markalı plug-in hibrid taksiləri xidmət göstərəcək. Digər taksilər də adi rejimdə fəaliyyətlərini davam etdirəcəklər: “COP29-da iştirak edəcək qonaqların daşınması üçün ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadə olunacaq. Həmin taksilərə tədbir günlərində avtobus və COP29 zolaqlarına daxil olmağa icazə veriləcək. Bununla yanaşı, vətəndaşlar və tədbir iştirakçıları konfrans günlərində adi taksilərdən də istifadə edə bilərlər. Lakin həmin taksilərin COP29 zolaqlarına daxil olmasına məhdudiyyət tətbiq ediləcək".

Ekspert vurğulayıb ki, ölkədə xeyli sayda “LEVC TX5" markalı plug-in hibrid taksiləri var: “Onlar mərhələli şəkildə ölkəyə gətirilib və sayları kifayət qədərdir. Amma bu tədbirdə yalnız taksilərdən istifadə olunmayacaq. Həmçinin xətlərə elektrikli avtobuslar da buraxılacaq. Ümumilikdə isə COP29 üçün nəzərdə tutulan və ya bu tədbir üçün akkreditasiyadan keçən taksilərə hansısa məhdudiyyət tətbiq olunmayacaq”.

Qaçaq taksi “xidməti”

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, son aylar taksilərin fəaliyyətində müsbət tendensiyalar müşahidə olunur: “Düzdür, yeni tələblərin tətbiqindən sonra sürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılma xidməti adı altında sərnişindaşımaların həyata keçirilməsi, icazəsi olmayan nəqliyyat vasitələrinə sifarişlərin ötürülməsi və sair kimi hallar da müşahidə edilir. Amma ümumilikdə bu sahədə müəyyən irəliləyişlər var. Hətta taksi fəaliyyətinə yeni elektrikli və hibrid avtomobillər də cəlb olunub. Müsbət tendensiyaları nəzərə alaraq deyə bilərik ki, taksilər COP29-a hazırdırlar. COP günlərində həm ölkəyə gələn qonaqlar, həm də sadə vətəndaşlar taksilərin xidmətindən rahat şəkildə istifadə edə biləcəklər. Yetər ki, sifariş verilən ünvanlara fərqli deyil, tətbiqdə qeydiyyatda olan nəqliyyat vasitələri gəlsin. Biz də qonaqların yanında gözükölgəli olmayaq. Güman edirəm ki, qaçaq taksi “xidməti” ilə məşğul olanlar COP ərəfəsində bu riski etməyəcəklər”.

“Bütün taksilərin COP zolağına buraxılması mümkünsüzdür”

Ekspert onu da vurğulayıb ki, paytaxtdakı bütün taksilərin COP zolağına buraxılması qeyri-mümkündür: ”Yollardakı məhdudiyyətlər taksilərin yubanmasına səbəb ola bilər. Amma bütün taksilərin COP zolağına buraxılması mümkünsüzdür. Əgər bu addım atılarsa, o zaman hər kəs taksidən istifadə etməyə çalışacaq. Bu, həm sözügedən zolağın, həm də taksilərin yüklənməsinə gətirib çıxara bilər. Ona görə də COP zolağından yalnız bu tədbir üçün nəzərdə tutulan xüsusi nəqliyyat vasitələrinin istifadəsi daha məqsədəuyğundur”.

Hər bir incəlik nəzərə alınıb

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov da bu qənaətdədir ki, taksi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar öz bəhrəsini verir. Onun sözlərinə görə, görülən işlərin nəticəsi olaraq taksilər COP29-a hazırdırlar: “İyulun 1-dən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin qarşısında müəyyən vəzifələr qoyulub. Yeni tələblərə uyğun gəlməyən taksilər xətdən kənarlaşdırılıb. Eyni zamanda, taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər imtahanlara cəlb olunur və bu proses hazırda da davam etdirilir. Müşahidələr göstərir ki, yeni dəyişikliklər taksi sahəsinə müsbət təsir göstərib. Bu sahədəki çatışmazlıqlara, narazılıqlara müəyyən qədər son qoyulub. Gözləntilərimiz ondan ibarətdir ki, taksilərlə bağlı hansısa problem yaşanmayacaq. Çünki bu, Azərbaycanın keçirdiyi ilk böyük beynəlxalq tədbir deyil. Bundan öncə ölkəmiz "Eurovision" Mahnı Müsabiqəsindən tutmuş "Formula1" və İslam Həmrəyliyi Oyunlarına qədər bir neçə beynəlxalq tədbirə ən yüksək səviyyədə ev sahibliyi edib. COP-la bağlı da təşkilatçılar hər bir incəliyi nəzərə alıblar. Bu baxımdan konfransın keçirildiyi günlərdə yollardakı məhdudiyyətlərə baxmayaraq həm şəhərimizin qonaqları, həm də sadə insanlar taksi xidmətindən də rahat şəkildə istifadə edəcəklər”.

Ekspert bildirib ki, hazırda yeni qaydalara uyğun gələn taksilərin sayı əhalinin 22 faizinin tələbatını ödəyir: “Son statistikaya görə, taksi fəaliyyətinə icazə verilən nəqliyyat vasitələrinin sayı təxminən 24 mindir. Amma bu statistika mütəmadi olaraq yenilənir”. ("Kaspi" qəzeti)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://publika.az
archiveBu xəbər 08 Noyabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see223

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see188

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see167

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see162

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see148

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see146

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see146

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see136

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see130

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see129

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see129

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri