Icma.az
close
up
RU
Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Müasir dövrdə bir çox insan idman zallarına getməyə vaxt və ya maddi imkan tapa bilmir. Lakin bu, sağlam və aktiv həyat tərzindən uzaq qalmaq üçün bir səbəb deyil. Əksinə, ev şəraitində, heç bir alət istifadə etmədən belə bədən formasını qorumaq və əzələləri gücləndirmək mümkündür. Evdə fitnes həm vaxt baxımından səmərəlidir, həm də rahat və sərfəlidir. Alətsiz hərəkətlərin əsas üstünlüyü ondan ibarətdir ki, onları istənilən vaxt, istənilən məkanda, minimal hazırlıqla yerinə yetirmək olur. Üstəlik, bu cür məşqlər bədənin öz çəkisini istifadə edərək əzələlərin aktivləşdirilməsinə və dözümlülüyün artırılmasına kömək edir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.

G.Quliyevin sözlərinə görə, evdə idman etmək həm fiziki sağlamlığa, həm də zehni rifaha töhfə verir. Təkcə bədən quruluşunu yaxşılaşdırmaqla kifayətlənmir, həm də stresin azalmasına və əhvalın yüksəlməsinə səbəb olur. Bəzi insanlar düşünür ki, effektiv məşq üçün mütləq ağırlıqlar, trenajorlar və ya kompleks avadanlıqlar lazımdır. Lakin düzgün planlaşdırılmış və ardıcıl tətbiq olunan alətsiz məşqlərlə də eyni nəticələri əldə etmək mümkündür. İnsanlar fərqli yaradılmışdır. Sizin bədən formanız, çəkiniz, yaşınız, bədəninizin maddələr mübadiləsi sistemi və məqsədləriniz hamı ilə eyni ola bilməz, ona görə də məşq proqramınız sizə məxsusi olmalıdır. Bu idmanın ən gözəl tərəfi isə başlamaq üçün hansısa bir yaş məhdudiyyətiniz və ciddi qaydalarınız olmamasıdır. Sadəcə olaraq, sizə uyğun bir hədəf təyin edib başlaya bilərsiniz.

"İdman sizi gümrah saxlamaq, xarakterinizi inkişaf etdirmək və sağlam həyat tərzi üçün vacibdir. Məşqlərdən əvvəl mütləq isinmə hərəkətləri edin, məşqlərinizi idman geyimində edin və mümkün qədər tək məşq etməyin, yanınızda bir yoldaşınız olsun ki, zədələnmə hallarından maksimum qoruna biləsiniz. Hərəkətləri tələsmədən, yavaş-yavaş və hiss edərək edin. Qidalanmanıza, istirahətinizə xüsusilə diqqət yetirin, bu, ən az məşq qədər önəmlidir" – deyə G.Quliyev əlavə edib.

Afət Tahirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Dekabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri