Icma.az
close
up
RU
COP konfransları nə vaxtdan keçirilir? 31 tədbirin tarixi və ev sahibi ölkələr

COP konfransları nə vaxtdan keçirilir? 31 tədbirin tarixi və ev sahibi ölkələr

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) beynəlxalq səviyyədə iqlim dəyişmələri ilə mübarizə, qlobal istiləşmənin qarşısının alınması və ətraf mühitin qorunması istiqamətində ən mühüm tədbirlərdən biridir.

Redaktor.az xəbər verir ki, hazırda Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci sessiyası – COP31 keçirilir.

COP konfransları dünyanın müxtəlif ölkələrində təşkil olunur. Bu tədbirlərdə dövlət və hökumət başçıları, nazirlər, diplomatlar, alimlər, ekoloqlar, beynəlxalq təşkilatların nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edirlər.

Konfransların əsas məqsədi iqlim dəyişmələri ilə bağlı beynəlxalq öhdəlikləri müzakirə etmək, yeni razılaşmalar əldə etmək və ölkələrin üzərinə götürdüyü vəzifələrin icrasını qiymətləndirməkdir.

COP konfranslarının tarixi: İlk tədbir 1995-ci ildə keçirilib

COP konfranslarının keçirilməsi 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının qəbul edilməsi ilə bağlıdır. Həmin il qəbul edilən sənəd iqlim dəyişmələri ilə mübarizədə dövlətlər arasında beynəlxalq əməkdaşlığın hüquqi əsasını yaratdı.

Konvensiya 1994-cü ildə qüvvəyə mindikdən sonra onun iştirakçı dövlətlərinin ilk konfransı 1995-ci il martın 28-dən aprelin 7-dək Almaniyanın paytaxtı Berlində təşkil edildi. Beləliklə, COP1 adı ilə tanınan ilk tədbirlə bu beynəlxalq konfransların əsası qoyuldu.

O vaxtdan etibarən COP tədbirləri, demək olar ki, hər il keçirilir. Yeganə istisna 2020-ci il olub. COVID-19 pandemiyası səbəbindən həmin il keçirilməsi nəzərdə tutulan COP26 bir il təxirə salınaraq 2021-ci ilə keçirilib.

Konfransların nömrələnməsi onların ardıcıllığına əsaslanır. Məsələn, COP1 ilk konfransı, COP10 onuncu, COP20 iyirminci, COP31 isə otuz birinci konfransı ifadə edir.

COP konfransları hansı ölkələrdə keçirilib?

1995-ci ildən 2026-cı ilədək keçirilmiş COP konfranslarının ev sahibi şəhərləri və ölkələri aşağıdakılardır:

№ İl Şəhər Ölkə COP1 1995 Berlin Almaniya COP2 1996 Cenevrə İsveçrə COP3 1997 Kioto Yaponiya COP4 1998 Buenos-Ayres Argentina COP5 1999 Bonn Almaniya COP6 2000 Haaqa Niderland COP6 (davamı) 2001 Bonn Almaniya COP7 2001 Mərakeş Mərakeş COP8 2002 Yeni Dehli Hindistan COP9 2003 Milan İtaliya COP10 2004 Buenos-Ayres Argentina COP11 2005 Monreal Kanada COP12 2006 Nayrobi Keniya COP13 2007 Bali İndoneziya COP14 2008 Poznan Polşa COP15 2009 Kopenhagen Danimarka COP16 2010 Kankun Meksika COP17 2011 Durban Cənubi Afrika COP18 2012 Doha Qətər COP19 2013 Varşava Polşa COP20 2014 Lima Peru COP21 2015 Paris Fransa COP22 2016 Mərakeş Mərakeş COP23 2017 Bonn Almaniya COP24 2018 Katovitse Polşa COP25 2019 Madrid İspaniya COP26 2021 Qlazqo Böyük Britaniya COP27 2022 Şarm əl-Şeyx Misir COP28 2023 Dubay Birləşmiş Ərəb Əmirlikləri COP29 2024 Bakı Azərbaycan COP30 2025 Belem Braziliya COP31 2026 Antalya Türkiyə

Qeyd edək ki, COP6 konfransında danışıqlar 2000-ci ildə Haaqa şəhərində başlasa da, razılaşma əldə olunmadığı üçün 2001-ci ildə Bonn şəhərində davam etdirilib.

COP tarixində yadda qalan mühüm hadisələr

COP konfransları yalnız iqlim problemlərinin müzakirə olunduğu toplantılar deyil. Bu tədbirlər çərçivəsində dünya ölkələri üçün mühüm əhəmiyyət daşıyan beynəlxalq sənədlər və razılaşmalar da qəbul edilib.

1997-ci il – COP3, Kioto (Yaponiya)

İqlim dəyişmələri ilə mübarizə tarixində mühüm sənədlərdən biri olan Kioto Protokolu qəbul edildi. Sənəd sənayeləşmiş ölkələr üçün istixana qazlarının emissiyalarının azaldılması üzrə hüquqi öhdəliklər müəyyənləşdirdi.

2015-ci il – COP21, Paris (Fransa)

Paris Sazişi qəbul edildi. Sazişin əsas məqsədi qlobal temperatur artımını sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 2 dərəcədən xeyli aşağı səviyyədə saxlamaq və artımı 1,5 dərəcə ilə məhdudlaşdırmaq istiqamətində səyləri davam etdirməkdir.

2021-ci il – COP26, Qlazqo (Böyük Britaniya)

Qlazqo İqlim Paktı qəbul edildi. Sənəddə kömür enerjisindən istifadənin mərhələli şəkildə azaldılması ilə bağlı çağırış yer aldı.

2023-cü il – COP28, Dubay (BƏƏ)

Konfransda ilk Qlobal İcmal tamamlandı. Yekun sənəddə ilk dəfə qalıq yanacaqlardan uzaqlaşmaq istiqamətində keçid ifadəsi yer aldı.

2024-cü il – COP29, Bakı (Azərbaycan)

Azərbaycanın ev sahibliyi etdiyi konfransda iqlim maliyyələşdirilməsi əsas müzakirə mövzularından biri oldu. Tədbirin yekununda inkişaf etməkdə olan ölkələrə 2035-ci ilədək hər il 300 milyard dollar iqlim maliyyəsi ayrılması üzrə yeni kollektiv hədəf qəbul edildi.

2025-ci il – COP30, Belem (Braziliya)

Amazon meşələrinin yaxınlığında keçirilən konfransda iqlim dəyişmələrinə uyğunlaşma, maliyyələşdirmə və meşələrin qorunması məsələləri diqqət mərkəzində oldu.

Azərbaycan COP tarixində

Azərbaycan 2024-cü ildə COP29-a ev sahibliyi etməklə bu beynəlxalq tədbirin təşkilatçısı olan ölkələr sırasına qoşuldu.

COP29 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda, Bakı Olimpiya Stadionunda keçirildi. Tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, alimlər və digər nümayəndələr iştirak etdilər.

Bakı konfransının əsas nəticələrindən biri inkişaf etməkdə olan ölkələr üçün yeni iqlim maliyyəsi hədəfinin müəyyənləşdirilməsi oldu. Belə ki, inkişaf etmiş ölkələrin 2035-ci ilədək inkişaf etməkdə olan ölkələrə hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər edilməsində liderlik etməsi razılaşdırıldı.

Bununla yanaşı, COP29 zamanı karbon bazarlarının fəaliyyətini tənzimləyən Paris Sazişinin 6-cı maddəsi üzrə də mühüm razılaşmalar əldə edildi.

COP31 Türkiyədə keçirilir

2025-ci ildə Braziliyanın Belem şəhərində təşkil olunan COP30-dan sonra növbəti konfransa ev sahibliyi etmək hüququ Türkiyəyə verildi.

Beləliklə, 2026-cı il noyabrın 9-da Türkiyənin Antalya şəhərində COP31 konfransına start verildi. Tədbir noyabrın 20-dək davam edəcək. Konfrans Antalya Expo Mərkəzində təşkil olunur.

COP31-in diqqətçəkən xüsusiyyətlərindən biri Türkiyə ilə Avstraliya arasında yaradılmış birgə təşkilati mexanizmdir. Türkiyə konfransa ev sahibliyi edir və tədbirin fəaliyyət gündəliyinə rəhbərlik edir. Avstraliya isə danışıqlar prosesinin prezidentliyini həyata keçirir.

Konfransın əsas istiqamətləri arasında iqlim dəyişmələri ilə bağlı əvvəlki razılaşmaların icrası, enerji keçidi, iqlim maliyyələşdirilməsi, dayanıqlı kənd təsərrüfatı, şəhərlərin iqlim risklərinə davamlılığının artırılması və ətraf mühitin qorunması məsələləri yer alır.

COP konfranslarının 1995-ci ildən bəri keçdiyi yol göstərir ki, bu tədbirlər tədricən daha geniş siyasi, iqtisadi və ekoloji əhəmiyyət qazanıb. Kioto Protokolundan Paris Sazişinə, Bakıdakı iqlim maliyyələşdirilməsi razılaşmasından Antalyadakı COP31-ə qədər hər bir konfrans qlobal iqlim siyasətinin formalaşmasında mühüm rol oynayıb.

Turan ASLAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Noyabr 2026 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri