Icma.az
close
up
RU
COP prosesinin etibarını sarsıtmağa çalışdınız Hikmət Hacıyevdən Borellə

COP prosesinin etibarını sarsıtmağa çalışdınız Hikmət Hacıyevdən Borellə

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Sizin Avropa İttifaqını “bağ”, dünyanın qalan hissəsini isə “cəngəllik” kimi təsvir etməyiniz çox təəssüf doğurur. Bu bəyanat müstəmləkə dövrünün “biz və barbarlar” hekayəsindən başqa heç nəyi xatırlatmır.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellə cavabında "X" hesabında yazıb.

Prezidentin köməkçisi qeyd edib ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri Aİ dövlətlərinin xaricdəki regionları kimi iqlim dəyişikliyindən daha çox əziyyət çəkir, lakin özünüidarədən məhrum olan xaricdəki bölgələr öz narahatlıqlarını dilə gətirə bilmir və onlara məhəl qoyulmur:

“COP29-da Azərbaycan inklüziv şəkildə hər bir səsin eşidilməsi üçün platforma təqdim edir. Nəzərə alsaq ki, bəzi Aİ ölkələri bədnam müstəmləkə idarəçiliyi və biabırçı qul ticarəti ilə məşğul olublar, bu onlara neo/müstəmləkə rejimini saxlamaq və dekolonizasiya konsepsiyasını rədd etmək üçün imtiyaz vermir”.

Hikmət Hacıyev deyib ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi daha geniş beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur:

“Lakin Avropa İttifaqının Xarici Siyasət Xidmətinin COP29-da iştirak etməmək üçün göstərişlər göndərməsi tamamilə qəbuledilməzdir. Həmçinin, bəzi hallarda Avropa İttifaqının Xarici Siyasət Xidməti Aİ-nin digər ölkələrini COP29-da iştirakdan çəkindirmək üçün diplomatik əlaqələrindən istifadə edib. Bununla siz COP prosesinin etibarını sarsıtmağa çalışdınız. Lakin bütün bu cəhdlər uğursuzluqla nəticələnib. COP29-da 80-dən çox dövlət və hökumət başçısı iştirak edib, 70 mindən çox iştirakçı qeydiyyatdan keçib. Sadəcə xatırlatmaq istədim ki, COP prosesi BMT-yə və dünyaya aiddir.

Bütün bu mənasız hücumlardan asılı olmayaraq, Azərbaycan COP29-un ev sahibi və sədri kimi COP-un inklüzivliyini təmin etmək və qlobal iqlim fəaliyyət gündəliyində gözlənilən nəticələri çatdırmaq naminə tərəflərlə konstruktiv işləmək üçün əlindən gələni etməyə davam edəcək”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Noyabr 2024 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri