COP18 bu ölkədə keçiriləcək
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-nin yekun plenar iclasında keçirilmiş gizli səsvermənin nəticələrinə əsasən təsdiqlənib. Sezar pizza
"COP17-nin bağlanış plenar iclasında iştirakçıların gizli səsverməsi prosesində Ekvador Respublikası Bioloji Müxtəliflik üzrə Konvensiyanın 18-ci Tərəflər Konfransının (COP18) ev sahibi kimi seçilib", - deyə A.Matevosyan qeyd edib.
Konfransın sonuncu günündə çıxış edən nazir onu da bildirib ki, COP17-nin fəaliyyətinin yekunlarına dair 50-yə qədər qərar qəbul edilib.
Xatırladaq ki, BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası oktyabr ayının 19-dan 30-dək İrəvan şəhərində keçirilib.
Baxış sayı:106
Bu xəbər 31 Oktyabr 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















