Icma.az
close
up
RU
COP29 Azərbaycana dünya dövlətlərinin rəğbətini artırıb Azər Allahverənov

COP29 Azərbaycana dünya dövlətlərinin rəğbətini artırıb Azər Allahverənov

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxtımız dünya miqyaslı, bəşəriyyətin xilasına yönəlmiş mötəbər bir tədbirdə ev sahibliyi edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı artıq işə başlayıb. 


COP29-un ilk iş günü barədə fikrini bildirən Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, COP29 tədbirinin Bakıda keçirilməsi, Azərbaycanın bütövlükdə bu mötəbər tədbirə ev sahibliyi etməsi olduqca mühüm hadisədir: 

- Ümumplanetar mahiyyət kəsb edən belə bir tədbirin Azərbaycanda keçirilməsi, həqiqətən də, qürurverici və şərəfli hadisədir. Olduqca vacib məsələ həm də onunla bağlıdır ki, Azərbaycan hökuməti də “yaşıl enerji”yə keçid sahəsində mühüm işlərə imza atıb. Azərbaycanın bu istiqamətdə böyük uğurları var. Bunu dəyərləndirən BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının təşkilat komitəsi COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar qəbul etdi. Bu, doğrudan da bizi sevindirir. Azərbaycan vətəndaşları bununla fəxr edir. Bütövlükdə götürsək, Azərbaycan bu tədbirin keçirilməsi ilə bağlı 11 ay ərzində çox vacib işlər həyata keçirib. Təəssüflər olsun ki, Azərbaycanın imicinin, reputasiyasının yüksək olması bizə dost olmayan bəzi qüvvələr tərəfindən xoş qarşılanmadı. Burada 2 hədəf vardı. Onlar müxtəlif siyasi oyunlarla çalışırdılar ki, Azərbaycanın nüfuzuna maksimum dərəcədə xələl gətirsinlər. Onlar karbohidrogen resurslarına malik Azərbaycanın COP-29-a ev sahibliyi etmək missiyası ilə üst-üstə düşmədiyini iddia etməyə və boykot yolunu tutmağa çalışırdılar. Lakin bu tədbirin keçirilməsini boykot etmək yolu tutanlar fiaskoya uğradılar. Çünki COP29 bütün dövlətlərin maraqlarına cavab verən tədbirdir və burada iqlim dəyişikliyi müzakirə olunmalıdır. Eyni zamanda Azərbaycanın əsas hədəfinin karbohidrogen ehtiyatlarından əldə edilən gəlirin “yaşıl enerji”yə sərf edilməsi dünya dövlətləri tərəfindən müsbət qiymətləndirilir. Paris Sazişindən irəli gələn müddəaların yerinə yetirilməsi də Azərbaycana dünya dövlətlərinin rəğbətini artırıb. İnkişaf etmiş dövlətlərin bəzi dairələri tərəfindən Azərbaycana olan hücumların qarşısı dövlətimiz tərəfindən layiqincə alındı. Və COP29 kimi dünya əhəmiyyətli, mötəbər bir tədbir Azərbaycanda artıq öz işinə başlayıb.  Əminəm ki, COP29 çərçivəsində iqlim dəyişiklikləri ilə bağlı müsbət qərarlar qəbul olunacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Noyabr 2024 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see186

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri