Icma.az
close
up
RU
COP29 çərçivəsində iqlim dəyişikliyinin mədəni irsə təsirinə dair müzakirələr aparılıb AZƏRTAC

COP29 çərçivəsində iqlim dəyişikliyinin mədəni irsə təsirinə dair müzakirələr aparılıb AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 noyabr, AZƏRTAC

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 21-də “Ponto-Xəzər biomədəni irsin gücü” mövzusunda müzakirələr aparılıb. Tədbirdə mövzu ilə bağlı təqdimatlar nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, Gürcüstan Milli Muzeyinin direktoru professor David Lordkipanidze müzakirələr zamanı çıxış edərək Azərbaycan ərazisində yerləşən palçıq vulkanlarını təbiətin möcüzəsi adlandırıb. Xəzər dənizinin önəmli rolunu vurğulayan professor deyib: “Əgər tarixə baxsaq, iqlim dəyişikliyinin mədəni irsi və hətta insanın təbiətə qarşı davranışlarını necə dəyişdirdiyini müşahidə edə bilərik. İlk insanların beyin həcminin balaca olduğu elmi təsdiqini tapıb. Zaman keçdikcə insanların inkişafı ilə bərabər, onların təbiətə və canlılara münasibətidə dəyişib”.

D.Lordkipanidze ABŞ şərqşünası və arxeoloq Ceyms Henri Brestedin istifadə etdiyi bərəkətli hilal barədə danışıb. “Gürcüstanın Dmanisi şəhərində tapdığı qalıqlar Afrikadan kənarda aşkar edilmiş insanların ən qədim dəlilidir və 1,8 milyon il əvvələ aiddir. 1991-ci ildəki bu kəşf bəşər tarixini yenidən yazır və insanın təkamülünə baxışımızı, ilk avropalıların həyat tərzi və ictimai təşkilatı haqqında fikirlərimizi dəyişdirir”, - deyə o əlavə edib.

Mədəni İrs üzrə Avropa Birgə Proqramlaşdırma Təşəbbüsünün katibliyində layihə meneceri Shen Shangyun Mədəni İrs üzrə JPI (The Joint Programming) haqqında birgə proqramlaşdırma layihəsindən söhbət açıb. Layihə meneceri bildirib ki, Mədəni İrs və Qlobal Dəyişiklik üzrə Birgə Proqramlaşdırma Təşəbbüsü (JPI CH) 2010-cu ildə Avropa Komissiyası tərəfindən işə salınan alət əsasında yaradılıb. Bu, Avropa Tədqiqat Bölgəsi (ERA) çərçivəsində sosial problemləri həll etmək üçün Avropadan milli tədqiqatları maliyyələşdirən təşkilatları, nazirlikləri və tədqiqat şuralarını bir araya gətirən üzv dövlət tərəfindən idarə olunan təşəbbüsdür. Mədəni irs həm maddi, həm də qeyri-maddi fərdi və kollektiv kimliyin mühüm tərkib hissəsidir. O, ortaq dəyərləri, inancları, adət-ənənələri və həyat tərzini əks etdirmək və formalaşdırmaqla cəmiyyətləri bir araya gətirir. Təbii yaşlanmadan başqa, mədəni irs bir çox təhlükələrə məruz qalır. İqlim dəyişikliyi və çirklənmə, artan urbanizasiya, kütləvi turizm, insan səhlənkarlığı, vandalizm və hətta terrorizm dünya miqyasında irs varlıqlarına meydan oxuyur. Mədəni irsi ən davamlı şəkildə qorumaq, gücləndirmək və bu təhlükələrə uyğunlaşdırmaq üçün strategiyalar, metodologiyalar və alətlər üzrə araşdırma tələb olunur. Bu problemləri həll etmək üçün JPI CH beş əsas məqsədə diqqət yetirir", - deyə S.Shangyun qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri