Icma.az
close
up
RU
COP29 çərçivəsində enerji keçidinin maliyyələşdirilməsində suveren sərvət fondlarının roluna dair müzakirələr aparılıb AZƏRTAC

COP29 çərçivəsində enerji keçidinin maliyyələşdirilməsində suveren sərvət fondlarının roluna dair müzakirələr aparılıb AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Suveren Fondların Beynəlxalq Forumu (SFBF) ilə birgə COP29 çərçivəsində Maliyyə Gününə həsr olunmuş “Enerji keçidinin maliyyələşdirilməsində suveren sərvət fondlarının rolu” mövzusunda yüksəksəviyyəli panel təşkil edib.

AZƏRTAC xəbər verir ki, COP29 Sədrliyinin tədbirlər siyahısında yer alan və Mavi Zonada baş tutan bu mühüm tədbir qlobal liderləri bir araya gətirərək, suveren sərvət fondlarının (SSF-lərin) dayanıqlı maliyyənin inkişafına və aşağıkarbonlu iqtisadiyyata keçid prosesinə dəstəyini, o cümlədən bu istiqamətdə fəaliyyətin genişləndirilməsini müzakirə etmək məqsədi daşıyıb.

Tədbirdə “Ithmar Capital” şirkətinin icraçı direktoru - SFBF-nin sədri Obaid Amrane və ARDNF-in İcraçı direktoru - SFBF-in sədr müavini İsrafil Məmmədov açılış çıxışları ediblər. Çıxışlarda SSF-lərin iqlim dəyişikliyinin qarşısını almaqda uzunmüddətli investisiya strategiyaları ilə oynadığı əhəmiyyətli rola xüsusi diqqət çəkilib.

Obaid Amrane diqqətə çatdırıb ki, sərvət fondları davamlı inkişafa xidmət edəcək kapitalın cəlb olunmasında nümunə yaratmaq üçün geniş imkanlara malikdir: “Bu gün COP29 çərçivəsində əməkdaşlığımız uzunmüddətli və strateji investisiyalar vasitəsilə enerji keçidinin maliyyələşdirilməsində və iqlim problemlərinin həllində ortaq öhdəliyimizi bir daha əks etdirir”.

İsrafil Məmmədov bildirib ki, Azərbaycanın dövlət büdcəsinə əhəmiyyətli töhfə verən ARDNF ölkənin dayanıqlı inkişaf gündəliyinin və enerji keçidinin maliyyələşdirilməsində də mühüm rol oynayır: “Biz Santyaqo Prinsiplərinə uyğun olaraq güclü idarəetməni təmin etməklə iqtisadi sabitliyi möhkəmləndirməyə və dayanıqlı gələcəyə doğru irəliləyişə sadiqliyimizi nümayiş etdiririk”.

Tədbirin moderatoru, “Franklin Templeton” şirkətinin qlobal dayanıqlılıq üzrə rəhbəri Anne Simpson SSF-lərin maliyyə mandatlarını qorumaqla portfellərinin enerji keçidi məqsədlərinə uyğunlaşdırılmasından və bu kontekstdə maliyyə öhdəliklərinin yenidən qiymətləndirilməsindən danışıb.

Panelin iştirakçıları investisiya mühitində keçid maliyyəsinin inteqrasiyası, emissiyaların azaldılması, aktivlərin bölgüsü, risk-gəlir gözləntilərinin idarə edilməsi və digər mövzularda fikir mübadiləsi aparıblar. Müzakirələrdə keçid maliyyəsinin geniş miqyasda tətbiqində qarşıya çıxan əsas tənzimləmə, struktur və bazar çətinlikləri müzakirə olunub və dayanıqlı investisiyaların genişləndirilməsi istiqamətində müxtəlif maliyyə modellərinin tətbiqi kimi həll yollarından bəhs edilib.

Müzakirələrdən sonra SFBF üzv fondların portfellərinin dekarbonizasiyasını dəstəkləmək, dayanıqlı maliyyə üçün tərəfdaşlıqları gücləndirmək və iqlim maliyyələşdirilməsini genişləndirmək öhdəliyini bir daha təsdiqləyən kommünike elan edib. Kommünikedə xüsusilə inkişaf etməkdə olan ölkələrdə innovativ maliyyə alətlərinin yaradılmasının, şəffaflığın təşviqinin və ədalətli enerji keçidinin əhəmiyyəti vurğulanıb. Sənəddə, həmçinin qeyd olunub ki, SFBF iqlim dəyişikliyi ilə mübarizəyə kapital cəlb etmək üçün fəaliyyətlərini davam etdirəcək. Bu istiqamətdə növbəti tədbirlər Belen, Braziliyada keçiriləcək COP30 və qarşıdakı BMT-nin İqlim Dəyişikliyi konfransları çərçivəsində baş tutacaq.

COP29 Sədrliyinin tədbirlərindən biri kimi bu panel qlobal iqlim gündəliyinin hədəflərinə dəstək olmaqda SSF-lərin unikal və strateji rolunu ön plana çıxarıb. ARDNF və SFBF tərəfindən təşkil olunan bu platforma qlobal əməkdaşlıq və məsuliyyətli investisiyalar vasitəsilə dayanıqlı gələcəyin formalaşdırılmasında SSF-lərin potensialını bir daha nümayiş etdirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri