COP29 çərçivəsində İrəvandakı Azərbaycan mədəni irsinin dəyişdirilməsinə dair tədbir keçirilib AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 22 noyabr, AZƏRTAC
COP29 çərçivəsində “Yaşıl Zona” pavilyonunda XIX-XX əsrlərdə İrəvandakı Azərbaycan irsinin transformasiyası mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əsas məruzəçisi tanınmış tədqiqatçı və teleaparıcı Fuad Axundov çıxışında İrəvan xanlığının tarixi, onun strateji əhəmiyyəti və sonrakı dövrlərdə mədəni irsin dəyişdirilməsi proseslərinə dair faktları təqdim edib. O vurğulayıb ki, İrəvan xanlığı çar Rusiyası tərəfindən 1827-ci ildə - üç cəhddən sonra işğal olunmuş yeganə xanlıq idi. Bu işğal çar imperiyasının artilleriya qoşunlarının böyük üstünlüyü sayəsində həyata keçirildi.
Məruzədə qeyd edilib ki, işğaldan sonra çar imperiyası İrəvan xanlığının ərazisinə erməni əhalinin məqsədli şəkildə kütləvi köçürülməsinə başlayıb. Bu, bölgədə demoqrafik tarazlığı dəyişmək və erməni əhalisinin dominantlığını təmin etmək məqsədi daşıyırdı.
O, İrəvanın memarlıq, mədəniyyət abidələri və toponimləri baxımından Azərbaycan irsinə aid xüsusiyyətlərinin sistemli şəkildə dəyişdirildiyini sübut edən faktları təqdim edib.
Bu tədbir İrəvan xanlığının Azərbaycan mədəniyyətindəki yerini və tarixi transformasiyasını geniş auditoriyaya çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 22 Noyabr 2024 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















