Icma.az
close
up
RU
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2ci Yüksək Səviyyəli Görüşü keçiriləcək FOTO

COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2ci Yüksək Səviyyəli Görüşü keçiriləcək FOTO

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 22-dək davam edəcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 15-də saat 13:00-da mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycanın mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə gerçəkləşən görüşdə rəsmilər, ekspert və qeyri-hökumət təşkilatlarının nümayəndələri - ümumilikdə 120-yə yaxın qonağın iştirakı gözlənilir. Tədbirdə yüksək səviyyəli dialoq mədəniyyəti, o cümlədən incəsənət və mədəni irsin iqlim fəaliyyəti gündəliyinə daxil edilməsi üçün beynəlxalq konsensusa nail olunması məqsədilə səylər göstəriləcək.

Noyabrın 16-da saat 11:00-da COP29 çərçivəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin irəli sürdüyü "İqlim üçün mədəniyyət" (C4C) təşəbbüsünə həsr olunan sessiya keçiriləcək. Yüksək səviyyəli nümayəndələrin və aparıcı mütəxəssislərin iştirakı ilə reallaşacaq sessiyada mədəni yanaşmaların iqlimlə bağlı məsələləri təşviq etməsi, inklüzivliyin artırılması kimi mövzular müzakirə olunacaq.

Həmin gün saat 15:30-da Azərbaycanın "İqlim üçün mədəniyyət" (C4C) təşəbbüsünün təqdimatı keçiriləcək. C4C təşəbbüsü mədəniyyəti iqlim müzakirələrinin mərkəzinə çəkərək qlobal səviyyədə mənalı davranış dəyişikliklərinə ilham verməyi və mədəniyyətin davamlı gələcək üçün güclü bir vasitə olduğunu göstərməyi hədəfləyir.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi COP29-a hazırlıq çərçivəsində bu il ərzində bir çox tədbirlər təşkil edib. Parisdə, UNESCO qərargahında Mədəniyyət Nazirliyi tərəfindən COP29 çərçivəsində həyata keçiriləcək mədəniyyət məzmunlu tədbirlərə dair təqdimat, "COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri" adlı konfransı, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin mədəni irsə təsirinə dair panel və plenar sessiyalar, Ağdam şəhərində "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" adlı xüsusi konfrans, "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Azərbaycan ekologiyası" adlı biblioqrafiya kitabının təqdimatı və digər tədbirlər təşkil olunub.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Noyabr 2024 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri