COP29 çərçivəsində ölkəmizə səfər edən Yəmən nümayəndəsi Azərbaycanın qonaqpərvərliyini yüksək qiymətləndirir AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 21 noyabr, AZƏRTAC
“Azərbaycan COP29 konfransını yüksək səviyyədə təşkil edib. Tədbir sadə və ən əsası rahat formatda keçir. Bütün məkanlar tam əlçatandır və könüllülərin göstərdiyi dəstək təqdirəlayiqdir. Burada hər şey çox yaxşı təşkil olunub. Hava limanından yaşayış yerlərimizə qədər hər yerdə insanların səmimiyyətini hiss etdik. Könüllülər çox qonaqpərvər və dəstəkçidirlər”.
Bu fikirləri AZƏRTAC-a COP29 çərçivəsində ölkəmizə gələn Yəmən hökumətinin məsləhətçisi Maha Ahmed Al-Baadani açıqlamasında söyləyib.
Yəmən nümayəndəsi COP29 tədbirindən əsas gözləntilərinin itki və zərər mövzuları üzrə daha çox maliyyələşdirmə və məlumatlılığın artırılması olduğunu vurğulayıb: “Dünya üçün kritik qərarlar gözləyirik və ümid edirik ki, sabah bu qərarlar açıqlanacaq”.
M.A.Al-Baadani Azərbaycanı ilk dəfə ziyarət etdiyini və ölkəni çox bəyəndiyini qeyd edərək gələcəkdə yenidən bura gəlməyi arzuladığını deyib. Bu, onun COP tədbirində ikinci iştirakı olsa da, Azərbaycanın təşkilatçılıq səviyyəsindən çox təsirləndiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 21 Noyabr 2024 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















