COP29 çərçivəsində SOCAR ilə İtalgas şirkəti arasında əməkdaşlığa dair Saziş imzalanıb
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Noyabrın 12-də COP29 çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliyanın "İtalgas" şirkəti arasında əməkdaşlığa dair Saziş imzalanıb.
SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, Sazişi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və "İtalgas" şirkətinin baş icraçı direktoru Paolo Gallo imzalayıblar.
Şirkətlər enerji keçidini və rəqəmsallaşmanı sürətləndirmək məqsədilə qabaqcıl təcrübə və texnologiyaların mübadiləsi, habelə "Picarro" texnologiyasından istifadə edərək qaz sızmasının aşkarlanması vasitəsilə infrastrukturun dekarbonizasiyası, həmçinin mövcud çevik metodologiya vasitəsilə prosesin rəqəmsallaşdırılması istiqamətlərində əməkdaşlıq edəcəklər.
Sənəd tərəflər arasında qazpaylama sahəsində innovasiya, səmərəlilik və davamlılığı təşviq etməyə yönəlmiş strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 12 Noyabr 2024 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















