Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

“COP29 dan COP30 a gedən yol”: Azərbaycan qlobal enerji müzakirəsində

“COP29 dan COP30 a gedən yol”: Azərbaycan qlobal enerji müzakirəsində

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Vyanadan Belemə uzanan iqlim dialoqu

Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarı qlobal enerji siyasətinin, iqlim dəyişikliyi ilə mübarizənin və dayanıqlı inkişaf üçün enerji ədalətinin mühüm müzakirə meydanına çevrilib. Bu beynəlxalq platformada dünyanın enerji liderləri, siyasətçilər, maliyyə institutları və iqlim üzrə nüfuzlu mütəxəssislər bir araya gələrək, enerjiyə çıxış imkanlarının bərabərliyi, eləcə də ekoloji davamlığın təminatı istiqamətində fikirlərini bölüşüblər.

Seminarın diqqət mərkəzində isə dekarbonizasiya, “yaşıl” texnologiyaların tətbiqi və COP29-dan COP30-a gedən yolda strateji hədəflər dayanıb. Toplantıda hazırda dünya əhalisinin 10 faizinin elektrik enerjisinə çıxışının olmadığı və 2 milyard insanın hələ də elektrik enerjisi yoxsulluğu içərisində yaşadığı narahatlıqla səsləndirilib.

Beynəlxalq seminarın “COP29-dan COP30-a gedən yol” adlı podium diskussiyasında Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP29-da iqlim maliyyəsi üçün qəbul edilmiş qərarlar, eləcə də əhalinin elektrik enerjisi ilə təminatı üçün görülən işlər barədə danışıb. Zəif inkişaf etmiş ölkələrdə elektrik enerjisinə çıxışın təmin edilməsinin iqlim diplomatiyasının əsas istiqamətləri sırasında olduğunu diqqətə çatdıran M.Babayev COP29 çərçivəsində donor ölkələr, beynəlxalq maliyyə institutları və çoxtərəfli inkişaf bankları ilə iş aparıldığını, bu sahələrə maliyyə dəstəyi göstərmək üzrə öhdəliklərin yerinə yetirilməsinin qarşıya mühüm vəzifə kimi qoyulduğunu vurğulayıb.

Toplantıda bildirilib ki, Dünya Bankı zəif inkişaf etmiş ölkələrdə elektrik enerjisinə çıxışın gerçəkləşdirilməsini diqqət mərkəzində saxlayır, başqa sözlə, adı çəkilən maliyyə qurumu, bu sahədə əsas rol oynayır. Belə ki, Dünya Bankı Afrikada 300 milyon insanı elektriklə təmin etməyi hədəfləyən iri layihəni həyata keçirmək niyyətindədir. Diqqətə çatdırılıb ki, belə bir layihənin qəbul edilməsi asan, icrası isə olduqca mürəkkəbdir.

M.Babayev daha sonra vurğulayıb ki, COP29 sonrası dövrdə bu proqramın həyata keçirilməsi daha zəruri olub. Bu səbəbdən 2025-ci il ərzində və COP tədbiri çərçivəsində Braziliyada aparılan aylıq müzakirələrin daha çox icra məsələlərinə yönəldiləcəyi qərara alınıb. Çünki Dubayda enerji keçidilə, Bakıda isə iqlim maliyyəsilə bağlı irimiqyaslı proqramlar qəbul olunub.

Yuxarıda qeyd etdiyimiz kimi, seminar çərçivəsində keçirilən “COP29-dan COP30-a gedən yol” adlı panel diskussiyası iqlim diplomatiyasının əsas vektorlarını müəyyənləşdirib. Bu müzakirələrdə Azərbaycanın COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyətinə verdiyi töhfələr isə xüsusi yer alıb. Xatırlatdığımız kimi, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayevin çıxışında da bir sıra mühüm məsələlər diqqət çəkib.

Seminarda vurğulanıb ki, COP29-un Bakıda uğurla keçirilməsi iqlim diplomatiyasında yeni mərhələnin başlanğıcı olub. Burada qəbul edilən qərarlar, xüsusilə də maliyyə məsələləri baxımından mühüm əhəmiyyətə malikdir. Hazırda əsas vəzifə bu qərarların icrasına başlamaq, real addımlar atmaqdır. Bu mənada artıq icrasına başlanılan “Bakıdan Belemə Yol Xəritəsi” (COP30 iqlim sammiti Braziliyanin Belem şəhərində keçiriləcək) gələcək iqlim tədbirlərinin strukturlaşdırılması baxımından strateji sənəd kimi qiymətləndirilir. Bu yol xəritəsinin əsas istiqamətlərindən biri isə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin icrasıdır və ölkələrin bu istiqamətdə bir-birini qiymətləndirmə prosesinin təşkilidir. Bu, həm də hesabatlılıq və vətəndaş məsuliyyətinin artırılmasına xidmət edir.

Bildirilib ki, COP29 sonrası dövrdə proqramların reallaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu səbəbdən 2025-ci il ərzində və Braziliyada keçiriləcək COP30 tədbiri çərçivəsində aparılan aylıq müzakirələrin daha çox praktiki məsələlərə yönəldilməsi qərara alınıb. Beləliklə, Dubayda enerji keçidi, Bakıda iqlim maliyyəsi, Belem şəhərində isə konkret icra planları əsas gündəmə çevrilib.

Seminarda diqqət çəkən daha bir fakt – iqlim məqsədlərinə çatmaq üçün 2035-ci ilə qədər yaranacaq 301,3 trilyon dollarlıq maliyyə boşluğudur. Bu rəqəm bir daha sübut edir ki, qlobal iqlim hədəflərinə çatmaq üçün yalnız niyyət kifayət deyil – ciddi investisiyalar, strateji tərəfdaşlıqlar və gücləndirilmiş beynəlxalq əməkdaşlıq tələb olunur.

Seminarda o da xatırladılıb ki, Bakıda əldə edilən nəticələr xüsusilə maliyyə məsələləri baxımından mühüm əhəmiyyət daşıyır. İndi hərəkətə keçmək, qəbul edilmiş proqramları icra etmək vaxtıdır. Bakıda, həmçinin “Bakıdan Belemə Yol Xəritəsi” adlı proqram da artıq icra olunur. COP29 və COP30 komandaları tərəfindən birgə şəkildə 2035-ci ilə qədər mövcud 301,3 trilyon dollarlıq maliyyə boşluğunu necə doldurmaq barədə xüsusi yol xəritəsi hazırlamaq da qarşıda mühüm vəzifə kimi durur.

Bu beynəlxalq platformada vurğulanan mühüm məqamlardan biri enerji bərabərsizliyinin dünya miqyasında hələ də kəskin olaraq qalması idi. Hazırda dünya əhalisinin 10 faizi, təqribən, 800 milyon insan elektrik enerjisinə çıxışdan məhrumdur. Bununla yanaşı, təxminən, 2 milyard insan isə enerji yoxsulluğu şəraitində yaşayır. Bu göstəricilər, xüsusilə Afrika və Asiyanın bir sıra bölgələrində enerji infrastrukturunun zəif inkişaf etdiyini, müasir enerji texnologiyalarına əlçatanlığın olmadığını göstərir. Belə bir şəraitdə enerji bərabərsizliyinin aradan qaldırılması təkcə texniki deyil, həm də mənəvi məsuliyyət kimi diqqət çəkir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyul 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri