Icma.az
close
up
RU
COP29 günlərində aeraporta girişçıxış belə olacaq VİDEO

COP29 günlərində aeraporta girişçıxış belə olacaq VİDEO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin rahat və təhlükəsiz səyahətini təmin etmək məqsədilə müvəqqəti dəyişikliklər tətbiq edəcək. Sərnişinlərə bu dövrdə səyahətlərini öncədən planlaşdırmaları tövsiyə olunur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat katibi Nərmin Xəlilova Avtosfer.az-abildirilib ki, noyabrın 10-14-də yalnız aviabileti olan sərnişinlər “Terminal 1” və “Terminal 2”yə daxil ola biləcəklər. Yola salan və qarşılayan şəxslərdən gözləmə zallarında sıxlıq yaranmasının qarşısını almaq üçün hava limanına gəlməmələri xahiş olunur.

Mətbuat katibi qeyd edib ki, hava limanının qarşısındakı dayanacaq zonası yalnız xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrılacaq. Bu səbəbdən noyabrın 10-14-də hava limanı ərazisində nəqliyyat vasitələrinin park edilməsinə icazə verilməyəcək və yalnız sərnişinlərin düşürülməsi mümkün olacaq. Avtomobillərini noyabrın 10-da əvvəl uzunmüddətli park etməyi planlaşdıran sürücülərdən bu məhdudiyyətləri nəzərə almaları xahiş olunur, əks halda avtomobilləri ərazidən evakuasiya ediləcək.

Nərmin Xəlilova onu da əlavə edib ki, şəhər mərkəzindən hava limanına gələn sürücülərə Nizami küçəsi - Yusif Səfərov küçəsi - İzzət Orucova küçəsi - Fəzail Bayramov küçəsi - 8 Noyabr prospekti və Zığ şosesi marşrutunu izləmələri tövsiyə olunur. Bilgəh və Maştağa istiqamətindən gələnlər üçün Mərdəkan və Şüvəlandan keçərək Zığ şosesinə çıxış məsləhət görülür.

Mətbuat katibi bildirib ki, COP29 müddətində (10-22 noyabr) H1 və H2 ekspres avtobusları sərnişinlərə hava limanına rahat çatmaq imkanı yaradacaq. H1 avtobusu 10 dəqiqəlik intervalla metronun "28 May" stansiyası, H2 isə 15 dəqiqəlik intervalla metronun "Əhmədli" stansiyası marşrutları üzrə fasiləsiz xidmət göstərəcək. Gediş haqqı ödənişsiz olacaq.

"Sərnişinlərdən mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq, uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları və vaxt itkisini azaltmaq üçün onlayn qeydiyyatdan keçmələri xahiş edilir." 

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu, COP29 dövründə yüksək sərnişin axını zamanı fasiləsiz və keyfiyyətli xidmətin təmin olunması üçün gücləndirilmiş iş rejimində bütün zəruri tədbirləri görməkdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 Noyabr 2024 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri