Icma.az
close
up
RU
COP30 da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib

COP30 da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 15 noyabr, AZƏRTAC

Brazilyanın Belem şəhərində keçirilən BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (İDÇK) 30-cu tərəflər Konfransı çərçivəsində Azərbaycanın COP29 Prezidentliyinin təşəbbüsü və COP30 Prezidentliyinin tərəfdaşlığı ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev, xarici işlər nazirinin müavini və COP29-un Baş Danışıqçısı Yalçın Rəfiyev, COP30-un Prezidenti Adre Laqo, UNFCCC-nin İcraçı katibi Simon Stiell, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) İcraçı Direktoru İnger Andersen, Avropa İttifaqının yüksək səviyyəli nümayəndələri, Çin Xalq Respublikası, Böyük Britaniya, Norveç, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Anqola, Tuvalu və digər ölkələrin ətraf mühit nazirləri və nazir müavinləri, bir sıra beynəlxalq təşkilatların rəhbərləri və digər yüksək səviyyəli rəsmilər iştirak və çıxış ediblər.

Nazirlər iclası zamanı Paris Sazişinin dayanıqlı icrasının əsas mexanizmlərindən biri olan Gücləndirilmiş Şəffaflıq Çərçivəsinin (Enhanced Transparency Framework-ETF) 10-cu ildönümü ərəfəsində əldə edilən tərəqqinin qiymətləndirilməsi, COP29 zamanı ilk dəfə təqdim edilən “İkiillik Şəffaflıq Hesabatlarının (BTR)”, əhəmiyyəti, onların hazırlanması ilə bağlı qarşıya çıxan çətinliklər və gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb.

Müzakirələr zamanı Azərbaycanın COP29 Sədrliyi çərçivəsində iqlim şəffaflığına verdiyi dəyər yüksək qiymətləndirilib, bu istiqamətdə göstərilən liderliyin və Bakı Qlobal İqlim Şəffaflığı Platformasının (BTP) qlobal iqlim gündəliyində şəffaflığın gücləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.

Tədbirdə çıxış edən COP29-un Sədri Muxtar Babayev iqlim şəffaflığının Paris Sazişi çərçivəsində götürülmüş öhdəliklərin yerinə yetirilməsində mühüm rol oynadığını vurğulayıb. O, iqlim şəffaflığı istiqamətində yaradılan əməkdaşlıq mühitinin əhəmiyyətini vurğulayaraq, Bakıda başlanan bu müsbət ənənənin qlobal iqlim gündəliyinə töhfə verməyə davam edəcəyini vurğulayıb.

COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev isə çıxışında Azərbaycanın COP29 Sədrliyinin iqlim şəffaflığının və hesabatlılığının gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərə diqqət çəkib. O, Bakı Qlobal İqlim Şəffaflığı Platforması (BTP) çərçivəsində müxtəlif ölkələrə BTR-ların hazırlanması prosesində göstərilən dəstəyi qeyd edərək, iqlim şəffaflığının siyasi gündəlikdə saxlanılması üçün yüksək səviyyəli görüşlərin davam etdirilməsinin vacibliyini bildirib. Y.Rəfiyev Azərbaycan tərəfindən əsası qoyulan bu müsbət təcrübənin gələcək COP tədbirlərində də davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see226

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see191

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see171

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see168

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see159

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see155

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see142

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see135

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see134

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri