Icma.az
close
up
RU
COP29: İqlim dəyişikliyi ilə mübarizədə CənubCənub əməkdaşlığı üzrə forum keçirilib

COP29: İqlim dəyişikliyi ilə mübarizədə CənubCənub əməkdaşlığı üzrə forum keçirilib

Operativmedia saytından verilən məlumata görə, Icma.az xəbər verir.

COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizədə Cənub-Cənub əməkdaşlığı üzrə yüksəksəviyyəli forum keçirilib.

"Operativ Media" xəbər verir ki, COP29 məkanındakı Çin pavilyonunda keçirilən tədbirdə çıxış edən Çinin ekologiya və ətraf mühit naziri Huan Runçiu mürəkkəb və dəyişkən beynəlxalq vəziyyət fonunda yalnız çoxtərəfliliyin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi sayəsində qlobal problemlərlə, o cümlədən iqlim böhranı ilə mübarizənin səmərəli ola biləcəyini bildirib. Birtərəfli yanaşmalar, yaşıl maneələr və digər əks tədbirlər qlobal iqlim fəaliyyətinə mənfi təsir göstərir. Xüsusən də inkişaf etməkdə olan ölkələr maliyyələşmə, texnologiya, yaşıl və aşağıkarbonlu keçiddə ciddi çağırışarlarla üzləşib.

Çinli nazir bildirib ki, Cənub-Cənub əməkdaşlığı iqlim böhranları ilə mübarizədə, iqlim idarəetməsi üçün çoxtərəfli proseslərin təşviqində son dərəcə əhəmiyyətli amildir. O, ölkəsinin iqlim dəyişikliyi ilə mübarizə fəaliyyətindən danışıb, Cənub-Cənub əməkdaşlığı çərçivəsində inkişaf etməkdə olan 42 ölkə ilə memorandum imzalandığını diqqətə çatdırıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil bildirib ki, Cənub-Cənub əməkdaşlığı davamlı inkişaf nail olmaq yolunda vacib amildir. BMT-nin beynəlxalq əməkdaşlıqda Cənub-Cənub platformasını dəstəklədiyini deyən Saymon Stil əlavə edib ki, bu, çoxtərəflilik nümunəsidir. İqlim məsələsində hər ölkənin səsi eşidilməlidir, çünki iqlim dəyişikliyi bütün ölkələrə təsir edir.

Azərbaycanın energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov bildirib ki, Azərbaycan COP29 Sədrliyi dövründə iqlim məsələlərinin həllində bütün tərəfləri bir araya gətirməyə çalışır. O, emosional amillərdən başlayan Cənub-Cənub əməkdaşlığının siyasi mərhələni də keçərək funksional yaşıl əməkdaşlıq səviyyəsinə çatdığını deyib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun müavini Liu Hua təmsil etdiyi qurumun texniki dəstək, imkanların yaradılması da daxil olmaqla iqlim dəyişikliyi ilə mübarizəyə dəstək verdiyini bildirib. O, agentliyin Qlobal Cənubla əməkdaşlığı davam etdirməyə sadiq olduğunu söyləyib.

UNICEF-in icraçı direktorunun müavini xanım Kiti van der Heyden iqlim dəyişikliyinin uşaqlara mənfi təsirlərindən danışıb.

Çin ilə Nigeriya, Quyana və Seyşel adaları arasında anlaşma memorandumları imzalanıb.

Tədbirin bölmə iclaslarında Cənub-Cənub əməkdaşlığının inkişaf etməkdə olan ölkələrdə dayanıqlı inkişafa dəstəyi, Afrikada yaşıl enerji keçidi, “Sıfır-karbon adalar əməkdaşlığı” platformasının qlobal iqlim idarəetməsinə müsbət təsirləri mövzularında müzakirələr təşkil olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 15 Noyabr 2024 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri