Icma.az
close
up
RU
İqlim dəyişikliyi ilə mübarizədə CənubCənub əməkdaşlığı üzrə forum keçirilib

İqlim dəyişikliyi ilə mübarizədə CənubCənub əməkdaşlığı üzrə forum keçirilib

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizədə Cənub-Cənub əməkdaşlığı üzrə yüksəksəviyyəli forum keçirilib.

COP29 məkanındakı Çin pavilyonunda keçirilən tədbirdə çıxış edən Çinin ekologiya və ətraf mühit naziri Huan Runçiu mürəkkəb və dəyişkən beynəlxalq vəziyyət fonunda yalnız çoxtərəfliliyin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi sayəsində qlobal problemlərlə, o cümlədən iqlim böhranı ilə mübarizənin səmərəli ola biləcəyini bildirib. Birtərəfli yanaşmalar, yaşıl maneələr və digər əks tədbirlər qlobal iqlim fəaliyyətinə mənfi təsir göstərir. Xüsusən də inkişaf etməkdə olan ölkələr maliyyələşmə, texnologiya, yaşıl və aşağıkarbonlu keçiddə ciddi çağırışarlarla üzləşib.

Çinli nazir bildirib ki, Cənub-Cənub əməkdaşlığı iqlim böhranları ilə mübarizədə, iqlim idarəetməsi üçün çoxtərəfli proseslərin təşviqində son dərəcə əhəmiyyətli amildir. O, ölkəsinin iqlim dəyişikliyi ilə mübarizə fəaliyyətindən danışıb, Cənub-Cənub əməkdaşlığı çərçivəsində inkişaf etməkdə olan 42 ölkə ilə memorandum imzalandığını diqqətə çatdırıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil bildirib ki, Cənub-Cənub əməkdaşlığı davamlı inkişaf nail olmaq yolunda vacib amildir. BMT-nin beynəlxalq əməkdaşlıqda Cənub-Cənub platformasını dəstəklədiyini deyən Saymon Stil əlavə edib ki, bu, çoxtərəflilik nümunəsidir. İqlim məsələsində hər ölkənin səsi eşidilməlidir, çünki iqlim dəyişikliyi bütün ölkələrə təsir edir.

Azərbaycanın energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov bildirib ki, Azərbaycan COP29 Sədrliyi dövründə iqlim məsələlərinin həllində bütün tərəfləri bir araya gətirməyə çalışır. O, emosional amillərdən başlayan Cənub-Cənub əməkdaşlığının siyasi mərhələni də keçərək funksional yaşıl əməkdaşlıq səviyyəsinə çatdığını deyib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun müavini Liu Hua təmsil etdiyi qurumun texniki dəstək, imkanların yaradılması da daxil olmaqla iqlim dəyişikliyi ilə mübarizəyə dəstək verdiyini bildirib. O, agentliyin Qlobal Cənubla əməkdaşlığı davam etdirməyə sadiq olduğunu söyləyib.

UNICEF-in icraçı direktorunun müavini xanım Kiti van der Heyden iqlim dəyişikliyinin uşaqlara mənfi təsirlərindən danışıb.

Çin ilə Nigeriya, Quyana və Seyşel adaları arasında anlaşma memorandumları imzalanıb.

Tədbirin bölmə iclaslarında Cənub-Cənub əməkdaşlığının inkişaf etməkdə olan ölkələrdə dayanıqlı inkişafa dəstəyi, Afrikada yaşıl enerji keçidi, “Sıfır-karbon adalar əməkdaşlığı” platformasının qlobal iqlim idarəetməsinə müsbət təsirləri mövzularında müzakirələr təşkil olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri