Icma.az
close
up
RU
COP29: İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir

COP29: İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) COP29 çərçivəsində təşkil etdiyi "Rəqəmsal yaşıl üfüqlər: Hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası" tədbirində İRİA sədrinin müşaviri Salar İmaməliyev və "Israel Aerospace Industries" korporasiyasının regional direktoru, marketinq və biznesin inkişafı üzrə meneceri Dani Paslevin iştirakı ilə panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, panel sessiyada ilk çıxış edən İRİA sədrinin müşaviri Salar İmaməliyev "Israel Aerospace Industries"in COP29-da iştirakının qurumun Azərbaycanla münasibətlərinin dinamik inkişafının göstəricisi olduğunu bildirib. "Bu korporasiyanın İRİA ilə tərəfdaşlığı təkcə innovasiya ilə məhdudlaşmır. Münasibətlərimiz hər iki tərəfin qarşılıqlı niyyətinə əsaslanaraq texnoloji sahədə dayanıqlı və uzunmüddətli inkişafı hədəfləyir", - deyə Salar İmaməliyev əlavə edib.

Daha sonra Dani Paslev təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında tədbir iştirakçılarına məlumat verib.

Qeyd edib ki, "Israel Aerospace Industries" müdafiə, kosmik və aviasiya sənayesi üçün həllərin istehsalı və işlənməsi sahəsində ixtisaslaşır. D.Paslev aerokosmik və müdafiə sənayesində ənənəvi olaraq istifadə edilən innovativ həllərin Azərbaycanda iqlim fəaliyyəti, şəhər planlaması, təbii fəlakətlərin fəsadlarının təhlili kimi sahələrdə tətbiqinin mümkünlüyünə diqqət çəkib. "Bizim İRİA ilə tərəfdaşlığımız ilkin mərhələdə sadəcə innovasiyanın dəstəklənməsi deyil, həm də qlobal bazara inteqrasiya olunacaq rəqabətədavamlı texnologiyaların yaradılması deməkdir. Əminik ki, dayanıqlı inkişaf və biznesin artımı dünya üçün əhəmiyyətli həllər yaradaraq yanaşı gedə bilər", - deyə Dani Paslev vurğulayıb.

Paneldə müzakirə olunan əhəmiyyətli mövzulardan biri də "Israel Aerospace Industries" korporasiyasının İsraildə reallaşdırdığı və "CyITS" mərkəzinin (Cyber Intelligent Transportation System) təşəbbüsü əsasında işləyən "ağıllı" nəqliyyat laboratoriyasının Azərbaycanda da yaradılması təklifi olub. Belə ki, "CyITS" intellektual nəqliyyat şəbəkələrində kibertəhlükəsizliyi təmin edən qabaqcıl tədqiqat və sınaq mərkəzidir. Bu cür mərkəzin konsepsiyasının Azərbaycanın ehtiyaclarına görə uyğunlaşdırılması ölkənin nəqliyyat infrastrukturunun möhkəmləndirilməsinə və onun kiberdayanıqlılığının inkişafına kömək edəcək. Bu təşəbbüs çərçivəsində İsrail korporasiyasının texnologiyalarından istifadə vahid İnnovasiya Mərkəzi vasitəsilə əlaqələndiriləcək. Bu, davamlı inkişafın dəstəklənməsi, yeni iş yerləri və tədqiqat mərkəzlərinin açılması üçün geniş imkanlar yaradacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Noyabr 2024 22:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see368

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see221

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see191

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see138

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see137

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see134

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see134

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see132

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see131

Putin ona general leytenant rütbəsi verdi

04 Sentyabr 2025 18:51see131

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see128

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see128

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see128

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

04 Sentyabr 2025 21:49see125

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see124

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see120

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see119

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see116

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see115

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri