Icma.az
close
up
RU
COP29: “Minatəmizləmə və kənd təsərrüfatı vasitəsilə sülh, torpaq və ekosistemlərin bərpası” mövzusunda panel keçirilib AZƏRTAC

COP29: “Minatəmizləmə və kənd təsərrüfatı vasitəsilə sülh, torpaq və ekosistemlərin bərpası” mövzusunda panel keçirilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 15 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Minatəmizləmə və kənd təsərrüfatı vasitəsilə sülh, torpaq və ekosistemlərin bərpası” mövzusunda panel təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə müharibə nəticəsində dağılmış ərazilərin bərpasına və kənd təsərrüfatı vasitəsilə yerli icmaların canlandırılmasına yol açan mina təmizləmə səylərinin transformativ təsiri, həmçinin, mina fəaliyyətinin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 18-ci məqsəd kimi tanınması üçün davam edən qlobal səyləri müzakirə olunub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev sessiya iştirakçılarını sülhün, torpağın və ekosistemlərin bərpası üçün birgə çalışmağa dəvət edib: "Burada toplaşmağımız münaqişədən zərər çəkmiş torpaqların, təbiətin və ekosistemlərin bərpası üçün birgə addımlar atmağın nə qədər vacib olduğunu göstərir. Minalarla çirklənmiş ərazilərdə təhlükəsizlik və inkişaf prosesləri əngəllənir. Biz burada yalnız torpaqları minalardan təmizləmək haqqında deyil, o torpaqların gələcək nəsillərə sülh içində ötürülməsi haqqında danışırıq. Torpağın minalardan azad edilməsi, orada həyatın yenidən canlanması, kənd təsərrüfatının inkişafı, əhalinin köçürülməsi, iqtisadi fəaliyyətin bərpası və yeni bir ekosistemin yaradılması deməkdir".

Sonra oktyabrın 31-də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsinin (OHCHR) 2024-cü il Sosial Forum çərçivəsində baş tutan “İnkişaf Naminə Minalardan Azadolma” adlı yan tədbirindən qısa videoçarx nümayiş olunub.

Paneldə çıxış edən QHT şöbəsinin rəhbəri Vook Cin Çanq “Sülh naminə görülən təşəbbüslərdə QHT-lərin rolu”, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə və Zərərçəkənlərlə İş şöbəsinin müdiri Ramil Əzizov “Ekosistemin qorunmasında mina təhlükəsi ilə mübarizənin rolu", "Sülhün Kökləri" təşkilatının baş direktoru və təsisçisi Heidi Kuhn post-konflikt əraziləri məhsuldar kənd təsərrüfatı ərazilərinə çevirmək üçün strategiyalar, iqtisadi imkanlar və davamlı təcrübələr, “Minalardan üzüm bağlarına” təşəbbüsü, mina aksiyası üzrə beynəlxalq ekspert Emil Həsənov "Kənd təsərrüfatı üçün nəzərdə tutulmuş ərazilərdə mina təmizləmə və torpaq bərpasında texniki çətinliklər və bu məsələlərin həllində beynəlxalq əməkdaşlığın rolu", Beynəlxalq Bilik İqtisadiyyatı və Müəssisələrin İnkişafı Təşkilatının (IKED) sədri Tomas Andersson "İqtisadi artımın ətraf mühitin qorunması ilə balanslaşdırılması", Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ərəb Platformasının prezidenti Kamel Esseghairi isə “Post-konflikt ərazilərdə suvarma, torpağın bərpası və icmaların yaşayış imkanlarını dəstəkləmək üçün bərpa olunan enerjinin praktik tətbiqləri” mövzusunda çıxış ediblər.

Tədbirin sonunda sual-cavab sessiyası keçirilib.

Qeyd edək ki, sessiyanın məqsədi minalardan təmizləmə və kənd təsərrüfatının inkişafı sahəsində uğurlu əməkdaşlığı vurğulamaq, onları münaqişədən sonrakı bərpa prosesini ətraf mühitin dayanıqlılığı ilə inteqrasiyası üçün genişləndirilə bilən modellər kimi təqdim etməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri